Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Dünyada qiymətlər necədir?


Dünyanın ən bahalı, ancaq Bakıdan ucuz ölkələrində qiymətlər
Dünyanın ən bahalı, ancaq Bakıdan ucuz ölkələrində qiymətlər
Azərbaycandan tamamilə fərqlənən Yaponiyada azərbaycanlılar yaşayırmı? Məlum oldu ki yaşayır. Düzdü onların sabit sayı tələbələrlə birgə cəmi 20-22 nəfərdir. Onlardan da ancaq 5-6-sı Yaponiyada oturuşublar və orada yaşamağı hədəfləyiblər. Həmsöhbətim Yaponiyadakı azsaylı Azərbaycan diasporunun təşkilatçılarından biri 8 ildi Osakada yaşayan Rəhman Şahhüseynlidi. Rəhim bura 2000-ci ildə oxumağa gəlib və sonra uzun müddət sonra qalmağa qərar verib. Yapon dilini də öyrənib.

Rəhman İkinci Dünya Müharibəsindəki ağır məğlubiyyətdən sonra Yaponiya möcüzəsinin gerçəkləşməsinin sirlərindən da danışır. Hərbi xərcləri olmayan ölkənin diqqəti ancaq iqtisadiyyata yönəlir. Rəhman deyir ki, Yaponiyanın az bir zamanda dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilməsinin başlıca səbəbi də yapon çalışqanlığıdır.

İndi də Yaponiya kimi uzaq bir ölkədən həmyerli aramağımızın əsl səbəbindən danışım. «Mercer» beynəlxalq araşdırmalar mərkəzinin apardığı son sorğuda dünyanın ən bahalı şəhərlərin siyahısı göstərilir. Moskvanın başçılıq etdiyi bu siyahıda ikinci yeri Tokyo tutur. Rəhmanın sözlərinə görə Tokyo və Yaponiyanın digər iri şəhərləri arasında qiymət fərqləri çox cüzidir. Elə DÜNYANIN ƏN BAHALI İKİNCİ ŞƏHƏRİ OLAN TOKİYO və BAHALI ŞƏHƏRLƏR SİYAHISINA HEÇ DÜŞMƏYƏN Bakı arasındakı ərzaq məhsulları, kommunal xərclərin qiymətləri də.

Dünyanın ən bahalı, ancaq Bakıdan ucuz ölkələrindən birində uzaq Yaponiyada həmyerlilərimizə uğurlar arzulayıb keçim Azərbaycana daha yaxın olan Türkiyəyə. Dünyanın ən bahalı şəhərləri arasında Nyu-Yorkdan sonra yer alan İstanbulda yaşayan həmkarım Mais Əlizadənin münasibətini öyrənirk. Mais bir çox ərzaq məhsullarının qiymətlərinin Bakıdan daha ucuz olduğunu deyir. Sadəcə ətin Azərbaycandakı ilə eyni qiymətə olduğunu demək olar və bir də nəqliyyat daha bahadı.

Bakıda Keşlədə baş verən hadisə Norveçdə baş versəydi - yəni kanalizasiya xətti partlayıb camaatın evləri çirkab içində batsaydı nə olardı?

«Merser»in siyahısında dünyanın ən bahalı 4-cü şəhəri olan-Norveçdəki Osloya yollanaq. Burda yaşayan həmyerlimiz Zulaim Zekeriyye ilə Azərbaycandakı qiymətlər barədə banışdıq. Məlum oldu ki, Oslo doğrudan da Bakıdan bahalıdı. Amma… Əsas məsələ odu ki, burda orta aylıq əmək haqqı azərbaycandakı kimi 100-200 dollar deyil, ən aşağı-minimal maaş Norveçdə süpürgəçi-zibildaşıyanın qazandığı maaş ayda 4 –5 min dollardır. Bu da həm yeməyə, həm oxumağa, gəzməyə və dincəlməyə bəs edir....

Qeyd: Cədvəldə istehlak məhsullarının Azərbaycanla Norveç, Türkiyə, Yaponiyadakı qiymətlərlə müqayisə edilir. Bu ölkələrdəki minimal və orta yalıq əməkhaqları da göstərilib.

Məhsulun adı
(1 kg)

Azərbaycan
$

Norveç
$

Türkiyə
$

Yaponiya
$

ƏT

10

22

10

7

Toyuq

6.25

9

3

4.5

Kərə yağı

8

6

5

9

Qarğıdalı yağı (1 litr)

3.75

3

3

2.8

Yumurta (10 əd.)

1.75

5

1

1.5

Şəkər tozu

0.9

3

1

1

Çörək

0.7

1.5

0.85

1

Vermeşil

1.5

2

0.9

1.1

Düyü

2.5

3

1

2.3

Süd

2

3

0.8

1.3

Kartof

0.7

2

0.7

0.9

Soğan

0.6

2

0.7

0.8

Xiyar

1.8

2.5

0.5

1

Pomidor

0.7

6

0.4

1.5

Alma

2

3

1.6

1.7

Banan

3

3

1.7

1

Nəqliyyat (1 nəfərin aylıq xərci)

30

145

90

80

Kommunal xərclər (kiçik ailə)

70

545

150

100

Kirayə ev (minimal şərait)

250

800

200

300

CƏMİ XƏRCLƏR

380*

1535*

459*

507*

Minimal Əməkhaqqı

75

4500**

520****

2000**

Orta Əməkhaqqı

300

7500***

1700**

4000**

* bu qiymətlər əhalinin çox hissəsinin alver elədiyi alış-veriş yerlərinin qiymətləridir.

** məmurlara aid ən minimal rəqəmlərdir, kommersiya şirkətlərində orta əməkhaqqı daha yüksəkdir

*** Yaponiyada əhalinin 50 %-dən çoxunun orta əməkhaqqı 8300 $-dan artıqdır

**** bu, 16 yaşdan yuxarı işləyən şəxslərə aid minimal əməkhaqqıdır. Buraya dövlətin ayırdığı sosial sığorta, yemək, gəlir vergisi, nəqliyyat və s. xərclər salınmayıb, onlar da əlavə edilərsə, minimal əməkhaqqı 1100 $-ı keçir.

XS
SM
MD
LG