Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:45

Meyvə-tərəvəzin qiyməti qalxa bilərmi?


Ekspertlər Gürcüstanda baş verənlərin Azərbaycanda güclü qiymət artımına səbəb olacağına inanmırlar
Ekspertlər Gürcüstanda baş verənlərin Azərbaycanda güclü qiymət artımına səbəb olacağına inanmırlar
Bu yay meyvə-tərəvəzin qiyməti o qədər də aşağı düşmədi. Hər yay adətən bu məhsulların qiymətində kəskin enmə hiss olunur. Amma bu dəfə bazarlarda bunu müşahidə olunmur. Üstəlik belə proqnozlar səslənir ki, Gürcüstandakı münaqişə Azərbaycanda ərzaq məhsullarının, xüsusilə də ətin, meyvə-tərəvəzin qiymətinin qalxmasına səbəb olacaq.
Doğrudanmı, Gürcüstanda baş verənlər bizdə bazarların od tutub-yanmasına səbəb olacaq? «Can Bakı» proqramında iqtisadçı ekspert Rövşən Ağayev və millət vəkili Əli Məsimli bu barədə söhbət edib.

Rövşən Ağayev deyir ki, Gürcüstanda baş verənlərin Azərbaycanda güclü qiymət artımına səbəb olacağına inanmır. «Düzdür, regionda münaqişələr həmin bölgədəki iqtisadi proseslərə təsiri ola bilər. Amma Gürcüstan ərzaq məhsulları baxımından bizim elə də böyük ticarət tərəfdaşımız deyil. Əgər bu sferada idxaldan asılılığımız olsaydı, təbii ki birbaşa təsir göstərərdi».

Əli Məsimli bildirdi ki, indi bütün dünyada ərzaq məhsullarının qiyməti artmağa başlayıb. Bu baxımdan Azərbaycan istisna deyil: «Gürcüstanda baş verənlər bizə müəyyən dərəcədə təsir göstərə bilər. Amma ölkəmizdə taxıl istisna olmaqla, qalan məhsulların səviyyəsi o qədərdir ki, burda kəskin surətdə qiymət artımına yer yoxdur. Yalnız süni surətdə qiymət artımına cəhd ola bilər. Onun da qarşısı alınmalıdır».

Millət vəkili düşünür ki, qonşu ölkədə baş verənlər Azərbaycanda əslində qiymət düşməsinə səbəb olmalıdır: «Çünki Gürcüstanla sərhəd olan rayonlarımızın sakinləri öz məhsullarını Tbilisiyə aparırdılar. Əgər bir həftədir aparmayıblarsa, onda onları burda satmalıdırlar. Bu baxımdan, qiymətlər artmalı yox, əksinə düşməlidir». Əli Məsimli deyir ki, bəhanə gətirmək yox, yaranmış vəziyyətdən, imkanlardan maksimum istifadə edib məhsulu satmaq lazımdır: «Bunun üçün kəndlilər yarmarkalara gedib məhsullarını satmalıdırlar».

Buna da bax:

XS
SM
MD
LG