Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:36

Məhkəmə «Əbu Bəkr»in fəaliyyətinə icazə verdi


Avqust 17-də «Əbu Bəkr» məscidinə atılan əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb
Avqust 17-də «Əbu Bəkr» məscidinə atılan əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb
«Əbu Bəkr» məscidi kimi tanınan «Cümə» məscidinin fəaliyyəti bərpa olunub. Oktyabrın 27-də Nərimanov Rayon Məhkəməsi bu barədə qərar çıxarıb.

Məscidin imamı Qamət Süleymanov «Azadlıq» radiosuna qərarı müsbət qarşıladıqlarını, amma məsələnin məhkəməyə qədər gedib çıxmasında maraqlı olmadıqlarını deyib:

«Sadəcə məscidin fəaliyyətinin bərpası yubadıldığından belə bir addım atdıq».

Qamət Süleymanov məscidin konkret nə vaxtdan fəaliyyətə başlayacağını bilmir.

Vəkil Cahangir İslamoğlunun sözlərinə görə, əslində məhkəmə qərarı dərhal icra olunmalıdır. Vəkil deyir ki, hər halda o, məhkəmə qərarını oktyabrın 28-də əldə edib polisə təqdim edəcək ki, məscid fəaliyyətə başlasın: «Əgər polis buna razı olsa, yəqin ki, elə məscid də həmin gün fəaliyyətini bərpa edəcək».

Dindarlar məscidin fəaliyyətinin bərpa olunmasıyla bağlı məhkəməyə sentyabrın 26-da müraciət etmişdilər.

Bu il avqust 17-də «Əbu Bəkr» məscidinə atılan əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 19 nəfərin xəsarət alıb. Bundan sonra məscidin fəaliyyəti müvəqqəti dayandırılıb.

Məsciddə terror aktının törədilməsində təqsiri olan Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub.
XS
SM
MD
LG