Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:50

Heydər Babayev heç nəyi şərh etmək istəmir


Sabiq İqtisadi inkişaf naziri Heydər Babayev
Sabiq İqtisadi inkişaf naziri Heydər Babayev
«Yeni Müsavat»: Hakim Yeni Azərbaycan Partiyasının sabiq İqtisadi inkişaf naziri Heydər Babayevlə bağlı açıqlaması qəzetin manşetində yer alıb. Hakim partiya «lent.az»ın sorğusuna cavab olaraq bildirib ki, «Heydər Aydın oğlu Babayev YAP-ın üzvü olmayıb ki, partiyadan çıxsın. O, heç vaxt YAP-ın üzvü olmayıb». Qəzet həmçinin xəbər yayıb ki, sabiq nazirin futbol klubu da əlindən alınıb. «Heydər Babayevin himayəsində olan «Standart» Natiq Əliyevə verilib».

«Bizim Yol»
a açıqlamasında Heydər Babayev hakim partiyanın açıqlamasına şərh vermək istəməyib. Hansı səbəbdən münasibət bildirmək istəmirsiniz sualına keçmiş nazir eyni cavabı verdi: «Bu məsələni şərh etmək istəmirəm».

«Ekspress»
ə müsahibəsində müxalifət daxili inteqrasiya məsələlərinə toxunan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan deyib ki «birləşmək üçün əvvəlcə ayrılmaq lazımdır. İndi birləşmək məntiqi daha güclü ola bilər. Ona görə də belə şeylərə üzülmək lazım deyil».

«Azadlıq»: «Azərbaycanda ictimai fikir çatışmazlığı var»-, qəzetə müsahibəsində xalq yazıçısı Rüstəm İbrahimbəyov belə deyib. Parlamentdə onun fikirləri bağlı müzakirələrə toxunan tanınmış yazıçı bildirib ki, «bu, Milli Məclisdə siyasi mədəniyyətin çox aşağı olmasını göstərir». «Həmin Mili Məclisdə bir çox ləyaqətli adamlar var. Ancaq bütövlükdə götürəndə Milli Məclisin səviyyəsi yüksək deyil».
«Üç nöqtə»: Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskva görüşü hələ də qəzetlərin müzakirə etdiyi əsas mövzulardandır. Politoloq Qabil Hüseynlə məsələyə belə münasibət bildirib: «Qarabağ danışıqlarının əsas bazası kimi Madrid prinsipi götürülür. Sənəddə referendum, Dağlıq Qarabağın statusunun beynəlxalq qarant altına alınması və bölgəyə sülhməramlı qüvvələrin yeridilməsi variantları yer alıb. Görünür ki, məsələnin beynəlxalq hüquq normalarına uyğun həlli Azərbaycan prezidentinin təkidi və səyləri nəticəsində sənədə salınıb. Rusiya prezidentinin bəyannaməyə imza atması onu göstərir ki, bu ölkənin prezidenti də vasitəçi statusunu alır və bütövlükdə bölgədə proseslərin nizamlanması ilə bağlı bütün məsələlərdə məsuliyyət daşımağa başlayır».

«Yeni Azərbaycan» regionların sosial-iqtisadi inkişafı ilə bağlı məqalələr silsiləsini bu dəfə Biləsuvara həsr edib. Qəzet yazır ki, Biləsuvarda bir canlanma var «Hazırda 4,1 saylı orta və 2 saylı şəhər internat məktəbləri əsaslı təmir edilərək şagirdlərin ixtiyarına verilib. 2 saylı internat məktəbinin istilik sistemi yenidən quraşdırılıb. Bundan əlavə, rayonda müasir tələblərə cavab verən və bütün yardımçı binalarla təmin edilmiş xüsusi istedada malik uşaqlar üçün litseyin tikintisi başa çatmaq üzrədir».

«Mərkəz»: «Azərbaycanda qripin kəskin forması yayılıb». Ekspertlər bildirir ki, hazırda ölkədə yayılan qrip çox təhlükəlidir, «A» virusu epidemiya, hətta pandemiya yaratmaq qabiliyyətinə malikdir. Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun qrip laboratoriyasının müdiri Almaz Əsədovanın sözlərinə görə, xəstəliyin yayılmasına səbəb payız fəslində əksər insanlarda orqanizmin xəstəliklərə qarşı müqavimət qabiliyyətinin xeyli zəifləməsidir.
XS
SM
MD
LG