Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:59

Rüstəm İbrahimbəyov referenduma qarşı çıxdı


R.İbrahimbəyov deyir ki, referendum aktı layihəsinin hardan qaynaqlandığı məlum deyil
R.İbrahimbəyov deyir ki, referendum aktı layihəsinin hardan qaynaqlandığı məlum deyil
«Bizim Yol»: «Prezidentin bu kimi qeyri-demokratik dəyişikliklərə ehtiyacı yoxdur». Bu sözləri Azərbaycan Kinematoqrafçılar Birliyinin sədri Rüstəm İbrahimbəyov dekabrın 24-də Azərbaycan Media Mərkəzində keçirilən debatda jurnalistlərin suallarını cavablandırarkən deyib.
R.İbrahimbəyov bildirib ki, konstitusiyanı dəyişdirmək cəhdi yalnız prezidenti əhatə edən insanlara aiddir. İlham Əliyevin bu ilin oktyabrında keçirilən prezident seçkisini çox böyük üstünlüklə udduğunu vurğulayan R.İbrahimbəyov qeyd edib ki, konstitusiyaya düzəlişlər edilməsi üçün hazırlanmış referendum aktı layihəsinin hardan qaynaqlandığı məlum deyil: «Bu, çox yəqin ki, hakimiyyətə qulluq edən insanların işidir. Onlar Azərbaycanın nüfuzuna və demokratiyaya ciddi zərbə vururlar. Mən buna olduqca pis baxıram və prezidentin belə qeyri-demokratik dəyişikliklərə ehtiyacı olmadığına əminəm».

«Yeni Müsavat»: «Konstitusiya dəyişikliyi Qarabağın ömürlük işğal qorxusu yaradır». Qəzet iddia edir ki, «heç kəsin şübhəsi olmasın Azərbaycanda ömürlük prezidentliyin bərqərar olması ən çox təcavüzkar ermənilərin ürəyincədir. Hamıdan çox sevinən də onla olacaq. Çünki Qərb belə bir rejimin mövcud olduğu ölkəyə Dağlıq Qarabağı qıymayacaq»

«Yeni Azərbaycan» yazır: «Yeni Azərbaycan partiyasının sədr müavini, partiyanın icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun parlament iclasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddənin Konstitusiyadan çıxarılması ilə bağlı irəli sürdüyü təkliflər hər bir Azərbaycan vətəndaşının ürəyindən xəbər verdi». Məqalə müəllifi daha sonra iddia edir ki: «Həqiqətən də indiki məqamda Azərbaycan Respublikasında bir şəxsin iki dəfədən artıq prezident seçilməsini qadağan edən maddənin Konstitusiyadan çıxarılması Azərbaycanın mövcudluq və inkişaf dialektikasından irəli gələn tələbdir».
XS
SM
MD
LG