Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:37

Müxalifətçilər ABŞ rəsmisinə narazılıqlarını bildiriblər


Aprelin 3-də Azərbaycanın müxalifət liderləri Bakıda səfərdə olan ABŞ Dövlət katibinin Avropa və Avrasya Məsələləri üzrə məsləhətçisi Metyu Brayza ilə görüşdə bu ölkənin ötənilki parlament seçkisinə münasibətindən narazılıqlarını bildiriblər.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli belə deyir. Onun sözlərinə görə, görüşdə ötənilki parlament seçkisinə Amerikanın müxtəlif dövlət qurumlarının, o cümlədən Dövlət Departamentinin münasibəti müzakirə edilib.


Görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, Milli Birlik Hərəkatının sədri Lalə Şövkət Hacıyeva və Demokrat Partiyasından Sərdar Cəlaloğlu da iştirak edib.


ABŞ səfirliyindən verilən məlumata görə, Metyu Brayzadan başqa, Dövlət Departamentinin nümayəndəsi Stefan Krasnner də Bakıda səfərdədir. Hər iki şəxsin Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcəyi bildirilir.


XS
SM
MD
LG