Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Bərdədə etiraz aksiyası


Bundan əvvəl bir qrup Xocalı sakini Bakıda da oxşar tələblə aksiya keçirmişdi
Bundan əvvəl bir qrup Xocalı sakini Bakıda da oxşar tələblə aksiya keçirmişdi
Yanvarın 13-ü Bərdədə təxminən 200-ə yaxın Xocalı sakini aksiya keçirib. Onlar Bərdədə yerləşən Xocalı rayon Cəmilli kənd orta məktəbinin Goranboy rayonunun Böyrü qəsəbəsinə köçürülməsinə etiraz ediblər. Aksiyada «Təhsildən kənarda qalmayaq!», «Xocalı rəhbərliyi təhsil hüquqlarımızı əlimizdən alır!» kimi şüarlar səsləndirilib.
Aksiya iştirakçılarından Rafael Cavadov «Azadlıq» radiosuna deyib: «Məktəbimizi bağlayıblar, təhsildən kənarda qalmışıq. Fikrimiz məktəbi açdırmaqdır. Yanvarın 6-dan məktəb bağlanıb. Müəllimlər gəlib uşaqlara dərs deyirlər. Yuxarılardan isə təzyiq var ki, müəllimlər məktəbə gəlməsinlər».
17 ildir Bərdədə məskunlaşan xocalılar üçün Goranboy rayonunun Böyrü kəndində qəsəbə salınıb. Ancaq xocalılar həmin qəsəbədə iş yerlərinin olmamasından şikayət edirlər. 61 ailə Böyrü qəsəbəsinə köçməkdən imtina edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən «Azadlıq» radiosuna demişdlər ki, məcburi köçkünlərin yeni salınan şəhərciklərə köçürülməsi yalnız könüllülük prinsipi ilə gerçəkləşdirilir. Bu səbəbdən heç kimin yeni qəsəbəyə zorla köçürülməsi mümkün deyil. Böyrü kəndində isə əhalinin məşğulluğu ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Cəmilli kənd məktəbinin Bərdədə qalacağı, yoxsa, yeni qəsəbəyə köçürüləcəyi ilə bağlı qərar isə yaxın aylarda veriləcək.
XS
SM
MD
LG