Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:47

Naxçıvanda jurnalistləri döyüblər


Jurnalistlər yanvarın 8-dən itkin düşən Hüseynovların mənzilin qapısının bağlı olduğunu görürlər
Jurnalistlər yanvarın 8-dən itkin düşən Hüseynovların mənzilin qapısının bağlı olduğunu görürlər
Yanvarın 16-da «Azadlıq» radiosunun Naxçıvandakı müxbiri Məlahət Nəsibovaya və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşlarına təzyiq edilib. Jurnalistlər Sədərək rayonunun Heydərabad qəsəbəsində Hüseynovların evlərindən material hazırlayarkən təzyiqlə üzləşiblər.

Yanvarın 8-dən itkin düşən Xanımzə və Elvin Hüseynovların evlərində olduğu bildirilib. Bunu dəqiqləşdirmək üçün onların evlərinə gedən əməkdaşımız mənzilin qapısının bağlı olduğunu görüb.
«Hüseynovların harada olduğunu aydınlaşdırmaq istəyəndə 20-dən çox səliqəli geyimli, yaxalarında keçmiş prezident Heydər Əliyevin təsviri olan nişan vurulmuş şəxslər bizə yaxınlaşıb təhqir etməyə başladılar. Onlar bizi «düşmən» adlandırdılar. Əynimizdə üzərində «press» yazılmış gödəkcələr olmasına baxmayaraq bizi təhqir etdilər»-, deyə Məlahət Nəsibova bildirir.

Həmin şəxslər jurnalistlərə işləməyə imkan verməyiblər. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutun əməkdaşı Eldostu Mehdiyev onlar tərəfindən döyülüb.

Jurnalistlər qəsəbədən çıxmağa məcbur ediliblər.

Məlahət Nəsibova deyir ki, həmin şəxslərin Sədərək rayon Heydərabad qəsəbəsində işləyən dövlət məmurları olduğu aydınlaşıb.

Məlahət Nəsibova təzyiq faktı ilə bağlı prokurorluğa müraciət edəcəklərini deyir.

Sədərəkli İsmayıl Hüseynovun oğlu və bir qrup başqa gənclər bəzədilmiş küknar ağacının işığını qırdığına görə, polis idarəsinə aparmışdılar. Ailələri onların polisdə döyülüb saçının kəsilməsi ilə bağlı şikayət edəndən sonra polis təqibinə məruz qalıblar.

Fotolar «Azadlıq» radiosu və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (IRFS) məxsusdur
XS
SM
MD
LG