Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:41

Prezident Aparatının qarşısında aksiya


«GEN» MMC-dən narazıların Bakı şəhər İcra Hakimiyyəti qarşısında aksiyası, 29 avqust 2008
«GEN» MMC-dən narazıların Bakı şəhər İcra Hakimiyyəti qarşısında aksiyası, 29 avqust 2008
Tikinti şirkətinin onları aldatdığını deyən bir qrup sakin yanvarın 17-də Prezident Aparatının qarşısında etiraz aksiyası keçirmək istəyib. Polis aksiyanı dağıdıb.

Etirazçılar «GEN» MMC tikinti şirkətindən narazıdırlar. Bu şirkət 500-ə yaxın vətəndaşdan ev tikmək məqsədilə pul alıb. Amma nə ev tikilib, nə də vətəndaşların pulları geri qaytarılıb. Bu məsələ ilə əlaqədar may ayından başlanan istintaq hələ də davam edir

Prezident Aparatının qarşısında etiraz edənlər «Azadlıq» radiosuna deyiblər ki, polis onlarla pis davranıb. Aksiyaçı Gülnarə Hümbətova:

«Polis mənim başıma vurdu. Heç kim indiyə kimi mənimlə belə rəftar etməmişdi. Bir nəfərə beş polis düşürdü. Qoyun sürüsü kimi bizi qabaqlarına qatdılar, qadınlara da fikir vermədilər, pis davrandılar».

Şikayətçiləri Prezident Aparatından Səbail rayon İcra Hakimiyyətinə yollayıblar. İcra hakimiyyətindən isə onlara məsləhət görüblər ki, istintaqın başa çatmasını gözləsinlər.
XS
SM
MD
LG