Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 06:54

Qarabağ məsələsi İstanbulda müzakirə edilib


İstanbulda Qafqaz Sabitlik və İşbirliyi Platformasının toplıntısı olub
İstanbulda Qafqaz Sabitlik və İşbirliyi Platformasının toplıntısı olub
İstanbulda Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan rəsmilərinin iştirakı ilə keçirilən Qafqaz Sabitlik və İşbirliyi Platformasının toplıntısında Qarabağ problemi də müzakirə edilib. Tərəflər münaqişənin nizamlanması və ölkələr arasında iqtisadi münasibətlərin dərinləşdirilməsini yolları barədə danışıblar.

Azərbaycandan toplantıya xarici işlər nazirinin müavini Araz Əzimov qatılıb.

Yığıncaqda Türkiyə-Ermənistan sərhədlərinin açılması, iki ölkə arasında diplomatik münasibətlərin qurulması, Rusiyanın Gürcüstana hərbi təcavüzündən sonra bölgədə yaranan durum da müzakirə edilən məsələlər sırasında olub.

Qafqaz Sabitlik və İşbirliyi Platforması yaradılmasını Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 2008-ci ilin avqustunda Moskvada Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra gündəmə gətirib.
XS
SM
MD
LG