Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:47

ATƏT-in Müşahidə Missiyası ilkin hesabat hazırlamayacaq


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı 13 may seçkilərini izləyəcək Müşahidə Missiyası ilkin hesabat hazırlamayacaq. Missiyanın səlahiyyətləri məhdudlaşdırıldığından sadəcə, yekun hesabat hazırlayacaq. Bu cür hesabatların hazırlanması isə bir neçə həftə çəkir. Bu haqda Müşahidə Missiyasından «Azadlıq» radiosuna məlumat verilib.

Adətən ATƏT-in Müşahidə Missiyası Azərbaycanda keçirilən parlament və prezident seçkilərinin ertəsi günü seçki öncəsi vəziyyət və seçkinin gedişatı ilə bağlı ilkin hesabatla çıxış edib. Bu hesabatların təqdimatında isə Avropa Şurası Parlament Assambleyasının nümayəndələri də iştirak ediblər. Müşahidə Missiyasının yekun hesabatı da adətən ilkin hesabata əsaslanıb və ora tövsiyələr əlavə olunub.


Müşahidə Missiyası isə bu həftədən seçkiöncəsi vəziyyətlə tanış olmaq məqsədilə ölkə rəhbərliyi, Mərkəzi Seçki Komissiyasının sədri, partiya liderləri və qeyri-hökumət təşkilatları ilə görüşlərə başlayır.


Son parlament seçkilərində qanun pozuntularına görə nəticəsi ləğv olunan 10 dairədə təkrar seçkiləri müşahidə üçün Avropa Şurasının Müşahidə Missiyası da aprelin 26-da Bakıya gələcək.


XS
SM
MD
LG