Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:56

Klinton Çinin etibarını yüksək qiymətləndirib


Hillari Klinton səfər zamanı Çin prezidenti Hu Çintauyla da görüşüb.
Hillari Klinton səfər zamanı Çin prezidenti Hu Çintauyla da görüşüb.
Çin valyuta ehtiyatlarının böyük bir hissəsini Amerikanın qiymətli kağızlarında saxlayacaq.

Bunu Çinin xarici işlər naziri Yang Tseçi Pekində Birləşmiş Ştatların dövlət katibi Hillari Klintonla görüşərkən deyib.

Hazırda Çinin Birləşmiş Ştatlarda 585 milyard dollar məbləğində valyuta ehtiyatı var.

Hillari Klinton Çin hökumətinin bu etibarını yüksək qiymətləndirib:

«Biz Çin hökumətinin Amerikanın qiymətli kağızlarına etibarını yüksək qiymətləndirir və hesab edirik ki, hər iki ölkə iqtisadi böhrandan uğurla çıxacaq.
Bunu düşünməyə bizdə hərtərəfli əsas var».

Öz növbəsində Yang Tseçi vəd edib ki, Çin qlobal maliyyə böhranının həllində Birləşmiş Ştatlarla yaxından əməkdaşlıq edəcək.

Liderlərin həmçinin Şimali Koreyanın nüvə proqramı ətrafında yaranmış vəziyyət, qlobal istiləşmə və digər problemləri də müzakirə edəcəkləri gözlənilir.

Hillari Klinton səfər zamanı Çin prezidenti Hu Çintauyla da görüşəcək.

Çin Hillari Klintonun Asiya ölkələrinə səfərində sonuncu məntəqədir.
XS
SM
MD
LG