Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:39

«Əsir düşmüş seçici»


«Dünən bəzi «karusel»çilər günortadan sonra evə getmək istəyib, amma onları buraxmayıblar…»
«Dünən bəzi «karusel»çilər günortadan sonra evə getmək istəyib, amma onları buraxmayıblar…»
«Yeni Müsavat»: Dünən bəzi «karusel»çilər günortadan sonra evə getmək istəyib, amma onları buraxmayıblar. Etiraz ediblər ki, hələ çox iş var, hələ çox səs var, işləmək lazımdır. Lakin çoxsəsli seçicilərdən biri dözməyib: «Məgər biz əsirik? Bəsdir daha, mən evimə getmək istəyirəm, yoruldum, ayaqlarım ağrıyır». Şahvələd Çobanoğlu «Əsir düşmüş seçici» sərlövhəli köşə məqaləsində belə yazır.

«…Ümumiyyətlə, seçki və saxta seçki məsələsinə yanaşmamız kökündən dəyişməlidir. Seçkinin saxtalığı təkcə seçki günü keçirilən qanunsuz əməllərlə bağlı deyil. Tutaq ki, dünən gördüyümüz karusellər, onbaşı və yüzbaşılar, saxtalaşdırmalar olmasın, hər şeyi də düz saysınlar. Bu, hələ ədalətli xalq səsverməsindən danışmağa əsas deyil. Seçki qanunları və prosedurlar, ölkədəki mühit, ictimai-siyasi fəaliyyət üçün yaradılan şərait demokratik seçki keçirməyə imkan verməyə bilər. Adamlar qorxu ilə evdən çıxarılıb səsverməyə aparılırsa, qarşı tərəfə seçicilərlə işləməyə imkan verilmirsə, hansı ədalətli seçkidən danışmaq olar?»

«Yeni Azərbaycan»: «Ümumxalq səsverməsinin nəticələri Azərbaycanın gələcəyi üçün önəmli olacaq».
Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyir ki: «Bir halda ki, dəyişikliklər və inkişaf baş vermişdir, deməli, Konstitusiya da həmin dəyişikliklərə cavab verməlidir. Referendum məhz buna görə keçirilir. Hesab edirəm və gələn məlumatlar da bunu təsdiq edir ki, əhali çox fəal surətdə məntəqələrə gələrək, münasibətini bildirir. Güman edirəm və buna heç şübhə yoxdur ki, referendum baş tutacaq və onun nəticələri Azərbaycanın gələcəyə üçün önəmli amil olacaqdır».

«525-ci qəzet»: «İşdən çıxarılan azərbaycanlı jurnalist «Ostankino»da barrikada qurub»
Rusiyanın «Birinci kanal»ının iki əməkdaşı işdən azad edilmələrinə etiraz əlaməti olaraq özlərini yandırmaqla hədələyirlər. Lent.az-ın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, onlardan biri «NTV» telekanalının keçmiş prodüseri, azərbaycanlı Elxan Mirzəyevdir.
Hələlik aclıq elan edən jurnalistlər «Ostankino»nun binasındakı iş otaqlarında barrikada qurublar. Onlar işdən qanunsuz çıxarıldıqlarını bildirərək əmək hüquqlarına riayət olunmasını tələb edirlər. Jurnalistlər bildiriblər ki, telemərkəzin mühafizəçiləri onları otaqdan çıxartmağa cəhd etsə, özlərini yandıracaqlar. Jurnalistlərin bəyanatında kanal rəhbərliyi özbaşınalıqda ittiham edilir.

«Azadlıq»: «Samir Şərifov sığorta bazarını inhisara götürür».
Maliyyə naziri Samir Şərifov sığorta bazarını inhisara götürməyə çalışır. «Bu barədə xəbər redaksiyamıza məlumatı mənbələrdən daxil olub. Xəbərdə deyilir ki, bu məqsədlə nazir, özünün himayə etdiyi «AzRe» Təkrarsığorta ASC-yə böyük önəm verir.
«AzRe» Təkrarsığorta ASC öz növbəsində təkrarsığorta əməliyyatları üzrə aşağı reytinqli «Polşa Təkrarsığorta Cəmiyyəti» ilə əməkdaşlıq edir.
Bu əməkdaşlıqda məqsəd, yuxarıda qeyd olunan üsullarla Azərbaycanın sığorta bazarında yığılan vəsaitlərin təkrarsığorta adı altında respublikadan çıxarılaraq nəqdləşdirilməsidir».
XS
SM
MD
LG