Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:47

Beynəlxalq Bankın sədrinin xanımı azad edilib


Səs: Real audio
“Kreml indi kiminlə danışıqlar aparacaq?” Beynəlxalq Bankın sədri Cahangir Hacıyevin naməlum şəxslər tərəfindən oğurlanan həyat yoldaşı Zamirə Hacıyeva martın 10-da azad edilib.



DİN-in mətbuat xidmətindən Ehsan Zahidov deyir ki, əməliyyatı MTN-in əməkdaşları keçirsələr də, polisdə də məlumat olub.



«Turan» agentliyinin məlumatına görə, martın 10-da gecə Bakı vaxtı ilə saat 3-də MTN-in əməkdaşları «Kapital» bankının sədr müavini Elçin Əliyev və DİN-in Cinayət-Axtarış İdarəsinin polkovniki Hacı Məmmədovun saxlanması üçün əməliyyat keçiriblər. Onlar Beynəlxalq Bankın sədrinin həyat yoldaşının oğurlanması ilə bağlı saxlanıblar.



Agentliyin yazdığına görə, tutulan şəxslər hazırda MTN-in təcridxanasında saxlanırlar, onlar haqlarında cinayət işi qaldırılacaq. Məlumatda o da bildirilir ki, bank sahibinin xanımının oğurlanması ilə bağlı saxlananların sayı arta bilər, çünki hələ əməliyyatlar davam etdirilir.



Zamirə Hacıyeva 3 həftə əvvəl naməlum şəxslər tərəfindən oğurlanmışdı. Onun qaytarılması üçün ailəsindən 6 milyon avro tələb edilirdi.
XS
SM
MD
LG