Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:50

AŞ rəsmisi: «Azərbaycanda məxfi həbsxanaların olub-olmamasını heç kim bilə bilməz»


Səs: Real audio
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Viylam Tol məcburi köçkünlərə gələcəkdə də yardımlar edilməsinin planlaşdırıldığını deyir Avropa Şurası (AŞ) Baş katibinin Azərbaycandakı səlahiyyətli nümayəndəsi Mats Lindberq deyir ki, Azərbaycanda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) məxsus gizli həbsxanaların olması və bunu araşdıracaq qrupun gələcəyi haqda indidən dəqiq heç nə deyə bilməz. Onun sözlərinə görə, AŞ-a üzv ölkələrin hamısında MKİ-nin gizli həbsxanalarının olmasının araşdırılması ilə bağlı Xüsusi Qrup yaradılıb və hazırda bu qrup məlumatları yoxlamaqla məşğuldur. Cənab Lindberq bildirir ki, qrupun üzvləri belə həbsxanaların mövcud ola biləcəyi ölkələrə səfər edərək araşdırma aparmalıdırlar: «Bu araşdırmanı Avropa Şurası Parlament Assambleyası həyata keçirir. Amma hansı ölkələrdə araşdırma aparılacağına dair hələlik dəqiq məlumat yoxdur».



O ki qaldı Xüsusi Qrupun Azərbaycana gəlməsinə, Mats Lindberq bu haqda konkret heç nə demir. «Bu haqda mən heç bir fikir deyə bilmərəm. Azərbaycanda bu cür həbsxanaların olub-olmamasını indidən heç kim bilə bilməz. Araşdırmanın nəticəsi bəlli olmadan biz hər hansı dövləti bəri başdan töhmətləndirə bilmərik» - deyə, o bildirir.



Bir müddət öncə AŞ-ın Baş katibi Terri Devis qurumun 46 üzv ölkəsinə müraciət edərək, ərazisində MKİ-nin həbsxanaları olan dövlətlərdən bu haqda onlara məlumat verməsini istəmişdi.



Avropa Şurasına üzv dövlətlərdə məxfi həbsxanaların olması haqda iddiaları araşdıran AŞPA-nın məruzəçisi Dik Martinin hazırladığı sənəddə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə birbaşa və ya dolayı bağlılığı olduğu bildirilən 31 şübhəli təyyarənin uçuşundan bəhs olunur. AŞPA-nın Daimi Komitəsinin noyabrın 25-də Buxarestdə keçirilən toplantısında qəbul olunan bəyanatda Parlament Assambleyası bildirir ki, araşdırmada məqsəd həqiqətin üzə çıxarılmasıdır, ölkələrə qarşı ittihamlar və sanksiyaların tətbiq edilməsi yox.
XS
SM
MD
LG