Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:37

Avropa Şurası ekspertləri polislər üçün təlim keçir


Səs: Real audio
Onlar müəssisənin prezidenti Nurəddin Zülfüqarlının həbsinə etiraz edirlər Dekabrın 12-də Avropa Şurasının (AŞ) İnsan Hüquqları üzrə Baş Direktorluğunın ekspertləri Bakıda 60-a yaxın polis əməkdaşı üçün sərbəst toplaşmaq azadlığı ilə bağlı təlimə başladı. Təlimdə mitinqlər zamanı aksiyaçılarla necə davranmaq, hansı tədbirlər görmək izah olundu.



İspaniyadan olan polis zabiti Eduardo Pena bildirdi ki, polislər mitinqçilərdən çox az olmalı, tədbirin mərkəzində gözə dəyməməlidirlər. Dinc aksiyalarda isə güc tətbiq etməməlidirlər.



Təlimdə iştirak edən polislər seminarın onlar üçün faydalı olduğunu bildirdilər.



Təlim işini dekabrın 13-də yekunlaşdıracaq.



Bu təlim AŞ-ın həyata keçirdiyi «Polis və insan hüquqları» layihəsinin tərkib hissəsidir. Azərbaycan polisləri bundan əvvəl Almaniya və İspaniyada keçirilən təlim proqramlarında da iştirak etmişdilər.
XS
SM
MD
LG