Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:46

Devid Vudvord BTC-nin ləngiməsini kəmərdə sınaq işləri ilə əlaqələndirir<p align=`left`><br><br>


Səs: Real audio
«bp - Azərbaycan» Şirkətinin rəhbəri azərbaycanlı işçilərin tələblərinin müəyyən hissəsini əsaslı sayır Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə hissəsinin və Ceyhan terminalının rəsmi açılış mərasimi gələn ilin yazında olacaq. Bu barədə dekabrın 14-də layihənin operatoru olan «bp - Azərbaycan» Şirkətinin rəhbəri Devid Vudvord bildirdi.



Əvvəllər bütün işlərin bu ilin sonunda başa çatacağı deyilirdi. Cənab Vudvord işlərin yubanmasını kəmərdə aparılan çox ciddi sınaq işləri ilə əlaqələndirdi. Dedi ki, bu, gələcək 40 ildə kəmərin istismarı zamanı heç bir problemin ortaya çıxmaması üçündür.



Azərbaycan qazının nəqli üçün nəzərdə tutulan Bakı-Tbilisi-Ərzurum kəmərinin Türkiyə hissəsinin tikintisi də ləngiyə bilər. Devid Vudvord belə deyir.



Son vaxtlar neftlə bağlı bir sıra şirkətlərdə çalışan yerli işçilərin etiraz aksiyalarına münasibət bildirən cənab Vudvord dedi ki, onların tələblərinin müəyyən hissəsi əsaslı sayıla bilər. Onun fikrincə, həmin şirkətlərin rəhbərləri işçilərin tələblərinə diqqət yetirməli idi.



O, eyni işi görən azərbaycanlı işçilərə əcnəbi fəhlələrə nisbətən az maaş verilməsi haqqında iddiaları əsassız adlandırır. D.Vudvord bildirir ki, eyni işi eyni keyfiyyətdə görən bütün işçilər milliyyətindən asılı olmayaraq bərabər məvacib alır.



«bp-Azərbaycan» Şirkətinin rəhbəri gələn il Azərbaycanın neftdən əldə edə biləcəyi gəlirlərdən də danışdı. Onun proqnozuna görə, əgər neftin bir barrelinin qiyməti 50 dollar olarsa, Azərbaycana ümumilikdə iki milyard dollar pay düşəcək.
XS
SM
MD
LG