Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:26

ATƏT-in tövsiyələri...Onlara əməl olunurmu?


Səs: Real audio
Semyon İxilov: «Əks halda, daha betər hadisələr baş verə bilər» ATƏT parlament seçkisi ilə bağlı yekun hesabatında bildirdi ki, seçki bir sıra meyarlara və Azərbaycanın beynəlxalq öhdəliklərinə cavab vermədi. Vəziyyəti düzəltmək üçün təşkilat hökumətə 30 tövsiyə verdi. Ancaq prezident seçkisindən sonra da ATƏT 24 tövsiyə vermişdi



Əvvəlcə onu bildirək ki, ATƏT-in ötən prezident və parlament seçkilərindən sonrakı tövsiyələri arasında elə bir ciddi fərq yoxdur. Təşkilatın Demokratik Təsisatlar və İnsan Haqları Bürosu 2003-cü ildə də tövsiyə edirdi ki, seçki pozuntularına yol verənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır, «Sərbəst toplaşmaq haqqında» qanuna və Seçki Məcəlləsinə dəyişiklik edilməlidir. Media azadlığına gəlincə, əgər ATƏT 2003-cü ildə dövlət televiziyasının tezliklə ictimai televiziyaya çevrilməsinə çağırırdısa, indi bu qurum İTV-nin müstəqilliyinin gücləndirilməsini istəyir.



ATƏT hər iki seçkidən sonra bəzi fərqli tövsiyələr də irəli sürüb. Belə ki, 2003-cü ildə prezident seçkisindən sonrakı hesabatda kütləvi iğtişaşlarda həbs olunanların ədalətli mühakiməsinə dair bənd vardı. Ötən həftə açıqlanan sənəddə diqqətçəkən məqamsa, odur ki, indi ATƏT-in birinci və ən mühüm tövsiyəsi yerli icra hakimiyyətinin seçki prosesinə müdaxiləsinin qarşısının alınmasıyla bağlıdır.



O ki qaldı bu tövsiyələrin yerinə yetirilməsinə, elə ATƏT-in yekun hesabatında da qeyd olunur ki, bundan əvvəl irəli sürülmüş məsələlərdən xeylisi həyata keçirilməyib.



Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov da bu fikirdədir ki, ATƏT-in media azadlığı, sərbəst toplaşmaq hüququ, seçki komissiyalarının tərkibi kimi prinsipial tövsiyələri yerinə yetirilməyib. Cənab Həsənov indiki təkliflərin yerinə yetiriləcəyinə də az inanır.



Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı isə, deyir ki, hökumət ATƏT-in tövsiyələrini öyrənir və onların yerinə yetirilməsinə özü qərar verəcək. Cənab Qurbanlı media azadlığı, seçkidə qadınların iştirakı, sərbəst toplaşmaq hüququyla bağlı tövsiyələrlə razı deyil. O ki qaldı, bu tövsiyələrdə elə də ciddi dəyişikliyin olmamasına, hakim partiya təmsilçisi bunu bürokratiya ilə əlaqələndirir.



«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlunun fikrincə isə, ATƏT-in məqsədi heç də tövsiyə irəli sürmək deyil, Azərbaycanda siyasi mühitə təsir etmək, tərəfləri danışıqlar masası arxasına çəkməkdir.



Ötən parlament seçkisindən bir neçə gün əvvəl Venesiya Komissiyası və ATƏT Azərbaycanın Seçki Məcəlləsinə edilmiş dəyişiklikləri texniki xarakterli adlandırdı.



ATƏT tövsiyəsinə görə, Seçki Məcəlləsinə elə dəyişiklik edilməlidir ki, Mərkəzi Seçki Komissiyasına və aşağı səlahiyyətli komissiyaların tərkibinə ictimaiyyətin inamı olsun. ATƏT 2003-cü ildə də eyni tövsiyə ilə çıxış etmişdi.



Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov

ATƏT-in yekun hesabatında MSK-nın tərkibiylə bağlı konkret ifadənin işlənməməsindən təəssüflənir.



YAP icra katibinin müavini Mübariz Qurbanlı isə, komissiyaların tərkibinə dair tövsiyəylə razılaşmır, çünki, onun sözlərinə görə, Azərbaycanda seçki komissiyaları paritet əsaslarla formalaşır.



«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlunun fikrincə, əslində, ATƏT MSK-nın tərkibinin də demokratik seçki üçün əsas amil olmadığını bilir.



Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənova görə, Azərbaycanda demokratik seçki, seçki prosesinin təkmilləşdirilməsi məsələsinin həlli daha çox xalqdan asılıdır.



MSK-nın yeni tərkibinin formalaş
XS
SM
MD
LG