Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:40

ATƏT jurnalistlərin böhtana görə həbsini pisləyir<p align=`left`><br><br>


Səs: Real audio
Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi prezident İlham Əliyevi köhnədən qalma qanunları dəyişdirməyə çağırır Böhtan, şərəf və ləyaqətin təhqirinə görə jurnalistlərin cinayət məsuliyyətinə cəlb edilməsi düzgün deyil və Azərbaycanın bu sahədə islahatlar aparacağıyla bağlı verdiyi vədlərə əməl etməsinin tam zamanıdır.



ATƏT-in media azadlığı üzrə nümayəndəsi Mikloş Haraşti martın 3-də Azərbaycan prezidenti İlham Əliyevə ünvanladığı məktubda belə yazır. "Böyük Millət" qəzetinin baş redaktoru Samir Adıgözəllinin böhtana görə 1 il həbs cəzası alması faktını Azərbaycan prezidentinin nəzərinə çatdıran cənab Haraşti bildirir ki, belə faktlar söz azadlığına kölgə salır və bu cür hallar aradan qaldırılmalıdır.



Cənab Haraşti hesab edir ki, islahat aparmaqdan ötrü birincisi, jurnalistlərin yazdıqları fikirlərə görə cinayət məsuliyyətinə cəlb olunmasına müvəqqəti qadağa – moratorium qoyulmalı, ikincisi, böhtan, şərəf və ləyaqətin təhqiri ittihamları Cinayət Məcəlləsindən çıxarılmalı, üçüncüsü isə mülki və inzibati qanunvericilikdə bu ittihamlarla bağlı elə cərimələr qoyulmalıdır ki, mediada böhtan və təhqirlə mübarizə aparmaq mümkün olsun.



Media sahəsində qanunların müəlliflərindən biri, keçmiş millət vəkili Rizvan Cəbiyevin fikrincə, böhtan və təhqir müddəaları Cinayət Məcəlləsindən çıxarılmalıdır. O deyir ki, ötən parlamentdə artıq bununla bağlı qanunlara dəyişikliklər edilməsi üçün müəyyən işlər görülmüşdü: "Bu sahəyə az-çox bələd olan adam kimi fikrim ondan ibarətdir ki, şərəf və ləyaqətin təhqirinə, ümumiyyətlə, yalana, böhtana görə cinayət işi Cinayət Məcəlləsindən çıxarılmalıdır. İnsanlar sözə görə həbs olunmamalıdır".



Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin rəhbəri Enn Kuper də martın 3-də prezident İlham Əliyevi köhnədən qalma və beynəlxalq standartlara cavab verməyən qanunları dəyişdirməyə çağırıb.
XS
SM
MD
LG