Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:54

Həmməruzəçilərin 13 may seçkisinə qədər Bakıya səfəri baş tutmaya bilər<p align=`left`><br><br>


Səs: Real audio
Andres Herkel bəzi çətinliklərdən danışır Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin parlamentə 10 dairə üzrə 13 mayda keçiriləcək təkrar seçkiyə qədər Bakıya səfəri baş tutmaya bilər. Həmməruzəçilər qurumun iyun sessiyasından əvvəl Azərbaycana gəlməli və ölkənin öhdəliklərinə dair həmin sessiyaya məruzə təqdim etməlidirlər. Həm Andres Herkel, həm də Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun «Azadlıq» radiosuna açıqlamalarından bu qənaətə gəlmək olar.



AŞ PA-nın yanvar sessiyasında Andreas Qross Azərbaycan nümayəndə heyətinin mandatını şübhə altına alsa da, sonradan mandat təsdiqləndi. Ancaq bundan sonra prezident İlham Əliyev Avropa Şurasında bəzi siyasətçilərin istefa verməsini, digər dövlət rəsmiləri isə, həmməruzəçilərin Azərbaycana gəlişinin onlar üçün arzuedilən olmadığını bildirdilər.



Andres Herkel deyir ki, həmməruzəçilərə iyun sessiyasından əvvəl Azərbaycana gəlmək üçün səlahiyyət verilib: «Mən çalışacağam ki, Azərbaycana gəlim. Ancaq bəzən parlamentarilər sərbəst şəkildə səyahət edə bilməzlər. Ən azından iyun ayından əvvəl cənab Qrossla Azərbaycana fakt-araşdırcı missiya kimi səfər etməliyik».



Avropa Şurasının Seçkini Müşahidə Missiyasının tərkibinə daxil edilən cənab Herkel bütün çətinliklərə baxmayaraq ən geci mayın 13-də Azərbaycanda olmağa çalışacağını bildirir. Ancaq həmməruzəçi bu çətinliklərin nədən ibarət olduğunu demir.



Martın 8-də Avropa Şurası Monitorinq Komitəsinin iclasında Azərbaycanda AŞ PA-nın yanvar qətnaməsindən sonrakı vəziyyət müzakirə olunub. Andres Herkelin sözlərinə görə, həmməruzəçilər yanvardan bəri Azərbaycanda seçki saxtakarlıqlarının araşdırılması, Seçki Məcəlləsinə dəyişikliklər, elektron medianın fəaliyyəti, sərbəst toplaşmaq sahəsində heç bir irəliləyiş olmadığını bildiriblər.



Anders Herkel: «Mənim qənaətim belədir ki, yanvar sessiyasıyla bugünkü iclas arasında heç bir yenilik yoxdur. Biz yanvarın sonunda da, indi də eyni aspektlərə toxunuruq, Seçki Məcəlləsinə lazımi dəyişikliklərdən, o biri tərəf isə uzun prosesdən, hətta boş dairələrə təkrar seçkidən sonra məsləhətləşmələrdən danışır».



Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovsa, bəzi müxalifət nümayəndələrinin təkrar seçkiyə getməsini, parlamentdə iştirakını yanvardan bəri irəliləyiş kimi dəyərləndirir.



AŞ PA-nın 40-dək müşahidəçisi mayın 13-də parlamentdə boş qalan yerlərə təkrar seçkini izləyəcək. Avropa Şurası Azərbaycanda 13 may seçkisinə dair işçi plan da qəbul edib. Plana seçkiyədək qurum ekspertlərinin Azərbaycana səfəri, dəyirmi masaların təşkili daxildir.
XS
SM
MD
LG