Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:28

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı: «Azərbaycandakı dini qruplaşmalar idarəolunan səviyyədədir»


Nardaranda məscid, 14 may 2003
Nardaranda məscid, 14 may 2003

« Panorama » nın bu dəfəki qonağı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dinşünaslıq ekspertizası şöbəsinin müdüri Ceyhun Məmmədovdur . Söhbətdə həmçinin Lider TV - nin əməkdaşı Vahid Abbas və « Media forum » saytının redktoru Azər Qaraçənli iştirak edir . Söhbətdə Azərbaycanda dini qruplaşmaların fəallaşması , bunun səbəbləri və mümkün nəticələrindən bəhs edilir .


Son həftə iki dini qruplaşmanın məhkəməsi keçirildi . Birinci qruplaşmanın prosesində iddia edildi ki , « Camaat Əl - Müvahiddin » qrupunun yeddi üzvü İraq və Əfqanıstan ərazisində cihadda iştirak etmək üçün müəyyən hazırlıq işləri görüblər . Onlar eyni zamanda ABŞ , İsrail və Rusiyanın Bakıdakı səfirliklərini və eyni zamanda aniterror koalisiyasında iştirak etdiyinə görə , Azərbaycanın bir sıra mühüm dövlət obyektlərini partlatmaq istəyirmişlər . Qrupun üzvləri doqquz ildən on beş ilədək həbs cəzası aldılar . Başqa bir qrupa isə , bir sıra əcnəbilər də daxil idi . İddialara görə , həmin qrupun üzvləri Çeçenistanda Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşə başlamaq istəyirmişlər . Bu dəstənin üzvlərindən biri isə hətta ömürlük həbs cəzası aldı .


Ceyhun Məmmədov deyir ki , müsəlman ölkələrinin bir çoxunda belə problemlər var . Ancaq Azərbaycanda bu proses idarəolunan səviyyədədir . Onun sözlərinə görə , Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq ölkədəki dini qurumlar və qruplaşmalar haqqında müvafiq orqanlara məlumat təqdim edir . Cənab Məmmədov bildirir ki , son illər Azərbaycanda dini duruma mənfi təsir edən çoxlu sayda dini ədəbiyyat aşkar edilib . Bu materialların əksəriyyəti dövlətçiliyə qarşı , insanların cihada çağırılması və məhzhəblərarası dözümsüzlüyə çağırış ruhundadır .


DİNLƏYİN !


XS
SM
MD
LG