Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:34

İranda insan haqları Beynəlxalq İnsan Hüquqları Federasiyasının gözü ilə…


Beynəlxalq İnsan Hüquqları Federasiyasının vitse-prezidenti Əbdülkərim Lahici, Praqa, 4 may 2006
Beynəlxalq İnsan Hüquqları Federasiyasının vitse-prezidenti Əbdülkərim Lahici, Praqa, 4 may 2006

Mayın 4-də «Azad Avropa/Azadlıq» radiosunda Beynəlxalq İnsan Hüquqları Federasiyasının vitse-prezidenti Əbdülkərim Lahicinin iştirakı ilə «İran İslam Respublikasında insan hüquqlarının vəziyyəti» mövzusunda dəyirmi masa keçirilib.


İrandakı siyasi quruluşu xarakterizə edən cənab Lahici deyib: " İranda seçki keçirilir, amma bu real seçki deyil. İranda parlament var, amma bu qanunvericilik orqanı deyil. İranda prezident var, amma o icra hakimiyyətinə rəhbərlik etmir. Burada paradoksal vəziyyətdir – ölkədə əsas hakimiyyət seçilməyən insanların əlindədir".


Əbdülkərim Lahici deyir ki, İran İslam Respublikasında insan hüquqları və azadlıqlar üçün əsas yoxdur. İran Konstitusiyası ayrı-seçkilik üçün qanuni əsas yaradır.


Cənab Lahicinin sözlərinə görə, İran İslam Respublikasının Konstitusiyası din, cins və ideologiya əsasında ayrı-seçkilik nəzərdə tutur. İranda şiə məzhəbi rəsmi dindir. Buna görə qeyri-şiə müsəlmanlar şiələrlə eyni hüquqlara malik deyillər. Ölkədəki xristian, yəhudi və zərdüştilik inancları olan azlıqlar ikinci növ vətəndaşlar sayılır. Digər dinlərə mənsub olanlar və ya ateistlər hüquq və azadlıqlardan məhrumdur, onların ali təhsil almaq və ictimai xidmətlərdən istifadə etmək hüququ yoxdur.


Qadınlara gəldikdə, onlar Konstitusiyanın nəzərdə tutduğu hüquqi ayrı-seçkiliyin qurbanıdırlar. Onlar vətəndaşlıq, siyasi, sosial və iqtisadi hüquqlardan məhrumdurlar.


Cənab Lahicı İranda yaşayan azərbaycanlıların hüquqları ilə bağlı verilən suala cavabında bildirib ki, İran 1975-ci ildə milli azlıqların iqtisadi, sosial və mədəni hüquqlarının qorunması ilə bağlı BMT konvensiyasına qoşulub:


"İranda ondan çox etnik qrup yaşayır. Onlar mədəni hüquqlara, yəni hər etnik qrup öz dilində yazmaq, təhsil almaq, oxumaq və kitab nəşr etmək hüququna malik deyillər".


Beynəlxalq İnsan Hüquqları Federasiyasının vitse-prezidenti Əbdülkərim Lahici İranda Azərbaycan dilinin məktəb və universitetlərdə öyrənilmədiyini və insan haqları təşkilatlarının buna qarşı çıxdığını deyir.


XS
SM
MD
LG