Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:27

Sabiq nazirlərin həbs müddəti uzadıldı


Keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin haqqındakı həbs-qətimkan tədbiri daha üç ay müddətinə uzadılıb. Onun vəkili İradə Cavadovanın sözlərinə görə, bu addım istintaqın davam etməsi ilə əsaslandırılıb. Amma məhkəmə prosesində vəkillərin iştirakına imkan yaradlımadığından o, təfsilatdan xəbərsiz olduğunu deyir.


Mayın 15-də Nəsimi Rayon Məhkəməsi sabiq Səhiyyə naziri Əli İnsanovun həbs müddətinin beş ay müddətinə uzadılması haqda Baş prokurorun təqdimatına baxıb. Vəkil Toğrul Babayevin sözlərinə görə, o, Əli İnsanovun da məhkəmə prosesində iştirakı ilə bağlı vəsadət qaldırıb. Eyni zamanda, təqdimatla tanış olmaq üçün vaxt istəyib: «Hakim vəsadətlə tanış olmaq üçün sabaha qədər vaxt verdi».


Keçmiş nazirlər dövlət quruluşunu zorla dəyişdirməyə cəhddə və korrupsiyada ittiham olunurlar. Onlar ötən il noyabr seçkiləri ərəfəsində həbs olunublar.



XS
SM
MD
LG