Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:43

Bizneslə maraqlananlar üçün klub yaradılıb


“Biznes araşdırmaları mərkəzi – disput klubu”, 2 mart 2006
“Biznes araşdırmaları mərkəzi – disput klubu”, 2 mart 2006

Biznes sahəsinə maraq göstərənlər İqtisad Universitetinin Biznes İnzibatçılığı Fakültəsində açılan “Biznes araşdırmaları mərkəzi – disput klubu”na üzv ola bilərlər. Fakültənin dekanı Xankişi Xankişiyev deyir ki, kluba üzv olmaqla tələbələr təcrübi biliklərini artırmaq, biznes sahəsində qanunvericilik, inkişaf prosesləri ilə tanış olmaq şansı əldə edirlər.


«Biznes araşdırmaları mərkəzi sırf tələbələr üçün yaradılıb. Əsas məqsəd tələbələrə təcrübi biliklər vermək, son dövrlərdə biznes aləmində baş verən yeniliklər, inkişaf prosesləri ilə onları tanış etməkdir. Bu məqsədlə ayrı-ayrı mütəxəssisləri dəvət edirik və onlar tələbələrlə müzakirələr aparırlar».


Xankişi Xankişiyev deyir ki, kluba təkcə İqtisad Universitetinin tələbələri deyil, digər ali məktəblərin də tələbələri və hətta məzunları da üzv ola bilərlər. Üzvlük isə pulsuzdur.


Atatürk anıldı


Ötən həftə - mayın 19-da Bakı Dövlət Universitetində təhsil alan türkiyəli tələbələr Atatürkü Anma, Gənclər və İdman bayramını qeyd etdilər. Tədbirdə ifa olunan mahnılar, rəqslər, tələbələrin yazdığı şerlər təkcə türkiyəli tələbələr tərəfindən deyil, həmçinin onları təbrikə gələn azərbaycanlı tələbələr tərəfindən də alqışlandı.


Hüquqşünaslar üçün treninq


Hüquq fakültələrinin məzunları və tələbələri üçün “Müəllif hüquqları sahəsində maarifləndirmə” adlı treninq keçiriləcək. Treninqi “Studio-Press” təşkilatı, “Söz azadlığını müdafiə” fondu və “İnsan hüquqları - XXI əsr” fondu Açıq Cəmiyyət İnstitutunun maliyyə dəstəyi ilə təşkil edib. Layihənin koordinatoru Teymur Nəcəfzadə deyir ki, Bakıda keçiriləcək treninq mayın son həftəsi başlayacaq və bir ay davam edəcək. «Bir ayda bu sahədə geniş bilikləri və təcrübələri olan mütəxəssislər tərəfindən 10-a yaxın seminar keçiriləcək».


Treninqdə iştirak etdəm istəyən gənc hüquqşünaslar mayın 26-dək İnsan hüquqları XXI əsr fonduna müraciət etməlidirlər.


Yeni müsabiqəyə start verildi


Özünü rejissor kimi sınamaq istəyən tələbələr üçün də fürsət yaranıb. III “Start” Tələbə Filmləri Festivalına start verilib. Festivalı Mədəniyyət Nazirliyinin Kinematoqrafiya idarəsi, “Kino+” qəzeti və “Sinema” Araşdırmalar Mərkəzi birgə təşkil edib. Festivalın prezidenti Fehruz Şamiyev deyir ki, əsas məqsəd gənc kinematoqrafçıların inkişafına kömək etməkdir.


DİNLƏYİN!
XS
SM
MD
LG