Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Obama «soyqırımı» sözündən yayınır


Obama Gülün Ermənistanla münasibətləri yaxşılaşdırmaq cəhdlərini yüksək qiymətləndirdiyini dedi
Obama Gülün Ermənistanla münasibətləri yaxşılaşdırmaq cəhdlərini yüksək qiymətləndirdiyini dedi
Barak Obama Türkiyə səfərində «genosid» sözünü işlətmək istəməyib. Ancaq deyib ki, 1915-ci ildə ermənilərin Osmanlı Türkiyəsində kütləvi qırğınına onun münasibəti dəyişməyib.

Türkiyə prezidenti Abdullah Güllə mətbuat konfransında Obama deyib:

«Mənim baxışlarım sənədlərdə var və mən baxışlarımı dəyişməmişəm».

Obamanın dediyi o sənədlər nədir?

2008-ci ilin yanvarında B.Obama hələ prezidentliyə namizəd olanda onun rəsmi internet saytında deyilirdi:

«Erməni genosidi şayiə, bir nəfərin şəxsi baxışı deyil, bu, geniş şəkildə sənədləşdirilmiş və tarixi dəlillərlə əsaslandırılmış faktdır».

Obamanın həmin saytında deyilirdi ki, «Amerika prezidenti erməni soyqırımından həqiqəti deməlidir və o, belə bir prezident olmaq istəyir».

İndi Türkiyə səfərində ABŞ prezidenti ehtiyatı əldən vermədən həmin fikirləri təkrarlamadı, ancaq bir il əvvəlki mövqeyindən də geri çəkilmədi. Əvəzində Barak Obama Abdullah Gülün Ermənistanla münasibətləri yaxşılaşdırmaq cəhdlərini yüksək qiymətləndirdiyini dedi.
XS
SM
MD
LG