Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:32

Böhran kimyaçılara ot yoldurur


Fəhlələr deyirlər ki, 2009-cu ildə yalnız yanvar ayının maaşlarının 50 faizini alıblar
Fəhlələr deyirlər ki, 2009-cu ildə yalnız yanvar ayının maaşlarının 50 faizini alıblar
İqtisadi böhran kimyaçılara ot yoldurur. Sözün əsl mənasında. Sumqayıtda «Azərkimya» Dövlət Şirkətinin tabeçiliyində olan zavodlarda istehsal dayandığından işçilər bir müddətdir ki, müəssisələrin ətrafındakı yeni salınan parkda ot yolmaqla, torpaq şumlamaqla, ağac dibi belləməklə günlərini keçirirlər.

Sintetik Kauçuk Zavodunun fəhlələrinin «Azadlıq» radiosuna dediyinə görə, şirkətin tabeliyində olan müəssisələrdə istehsal dayandığından, onlar hər iş gününün sonuna qədər yeni salınan parkda işləyirlər:

- Görürsən «Azərkimya» şirkətinin bu qədər işçisi istehsalla məşğul olmaq əvəzinə hasarın dibində ot yolur.
- Nə vaxtdan bu işlə məşğulsuz?
- Bir ildən çoxdur.
- Bəs deyilirdi ki, zavod normal işləyir?
- Zavod işləsə yolun qırağında bu qədər adam olardı?

Fəhlələr deyirlər ki, 2009-cu ildə yalnız yanvar ayının maaşlarının 50 faizini alıblar. Onların sözlərinə görə, əslində zavodun anbarlarında hazır məhsullar ağzıgünə qalıb, sadəcə alıcı yoxdur. Elə onların üç aydan bəri maaşlarını ala bilməmələrini də rəhbərlik istehsal olunan malların satılmaması ilə əlaqələndirir.

Ağac dibi belləyən qadınlar bildirdilər ki, artıq onlar yeni iş axtarışındadırlar
Ağac dibi belləyən qadınlar isə bildirdilər ki, artıq onlar yeni iş axtarışındadırlar. İşçilərin sözlərinə görə, zavod normal işləyəndə burda 70 manatdan 600 manata qədər maaş verilirmiş.

Sintetik Kauçuk Zavodunun işçiləri deyirlər ki, ağac dibi belləyib, ot yolsalar da, heç olmasa hər gün evdən çıxıb işə gəlirlər. Onların sözlərinə görə, onsuz da nə isə iş görməlidirlər:

«Rəhbərlik deyir ağac dibi belləyin, şum şumlayın, biz də edirik…»

Üç aydan bəri maaş almasalar da, zavodun işçiləri vəziyyətin yaxşılaşacağına ümidlidirlər:

«Yaxşı olar inşallah. Min bərəkət öz zavodumuza, çətin günün ömrü az olar deyiblər…»

İşçilər deyir ki, yaranmış vəziyyətlə bağlı fəhlələrdən öz hesabına məzuniyyətə gedənlər də var. Amma onların məcburi məzuniyyətə göndərilməsi barədə mətbuatda yazılanları həmsöhbətlərim təkzib etdilər.

Sintetik Kauçuk Zavodu
«Azərkimya» Dövlət Şirkətindən deyilənlərə hər hansı münasibət öyrənmək mümkün olmadı. Şirkətdən bildirdilər ki, rəhbərlik işdə olmadığından hər hansı məlumat verə bilməzlər. Bunun üçün bizə növbəti günlərdə müraciət etməyi məsləhət gördülər.

Şirkətin rəsmi internet saytında isə qeyd olunur ki, hazırda «Azərkimya» Dövlət Şirkətinin müəssisələrinin məhsulları Avropa İttifaqına, MDB, Türkiyə, İran, İraq, Çin, Yaponiya və digər ölkələrə ixrac olunmaqdadır.

Sumqayıtdakı digər zavodlarda da istehsal ya tam dayanıb, ya da zəif templə gedir. Məsələn, Sumqayıt Kompressor Zavodunda bu yaxınlara qədər xeyli adam çalışsa da, indi burda cəmi 20-30 fəhlə qalıb. Fəhlələrin dediyinə görə, istehsal tam dayanıb. Onlar bu il bir qəpik də maaş ala bilmədiklərini deyirlər. İşçilərin sözlərinə görə, zavodda anbarlar hazır məhsulla doludur, amma alıcı yoxdur. Əvvəllər bu zavodun məhsullarını «Qaradağ Sement» zavodu alırmış, amma indi həmin zavod onların məhsullarını almır.

Fəhlələrin deməsinə görə, onlara söz verilib ki, məhsul satılanda maaşları veriləcək. Hələ iki il əvvəl fəhlələr zavoddakı vəziyyətlə bağlı Prezident Aparatına qədər şikayət ediblər, amma indiyə qədər bunun müsbət nəticəsi olmayıb.

Sumqayıt zavodunun işçiləri torpaq belləyir
Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid
XS
SM
MD
LG