Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Kim kimə borcludur?


İlkin hesablamalara görə, hökumətin vətəndaşlara o dövrdəki məzənnə ilə təqribən 4 milyard rus rublu borcu var
İlkin hesablamalara görə, hökumətin vətəndaşlara o dövrdəki məzənnə ilə təqribən 4 milyard rus rublu borcu var
Adi insanlar bəzən mühüm məsələlərə də sanki etinasız yanaşırlar. Belə məsələlərdən biri də keçmiş sovetlər birliyi dağılandan sonra yarandı. Söhbət əhalinin keçmiş sovet banklarında mövcud olan əmanətlərinin hələ də indeksləşdirilib qaytarılmamasıdır.

Bununla bağlı çox müzakirələr aparıldı, məsələ hətta Milli Məclisin sessiyalarında ötəri də olsa yada salındı. Amma hələ ki bunun heç bir real görüntüsü yoxdur. Maraqlıdır ki post-sovet məkanında belə bu məsələyə biganə yanaşmırlar. Hətta YAP-ın üzvləri arasında məsələyə münasibət çox mürəkkəbdir – əmanətlərin qaytarılmasının tərəfdarı da var, bunun əksinə istəyənlər də mövcuddur.

Hər iki tərəfin məsələ ilə bağlı münasibəti var. Əmanətlərin qaytarılmasının tərəfdarlarının fikrincə, gənc Azərbaycan dövləti belə böyük maliyyə yükünün altına girmək iqtidarında deyil. Əmanətlərin qaytarılmasının lehinə olanların isə arqumentləri budur ki, əmanətlərin qaytarılması insanlarda dövlətə qarşı münasibətin dəyişməsinə, banklara və maliyyə institutlarına qarşı etimadın artmasına səbəb ola bilərdi.

Sonda bu məsələ necə həll ediləcək? Hər şey YAP-dan, daha dəqiq desək, onun səlahiyyətli şəxslərindən asılıdır. Digər səbəblər də istisna olunmur. YAP funksionerləri populist çıxışlarla cəmiyyətdə özünə qarşı inam yaratmağa cəhd edir. Digər tərəfdən də deyilir ki, Azərbaycan sosial müdafiə sahəsində liberal siyasət yürüdür. Sonuncu isə dövlətin nəzarətindən çıxarmaq deməkdir, sanki bura əsl liberal ölkədir. Amma Azərbaycana liberal dövlət demək olarmı? Bu təxminən ona bənzəyir ki, Antarktida dünyanın ən isti guşəsidir.

Əslində bu hakimiyyət cəmiyyətə qarşı tam etinasızlıq göstərir. Əgər belə olmasaydı «Cənubi Qafqazın lider ölkəsi»nin hakimiyyəti dialoq, məşvərət yaratmağa cəhd edərdi. Böhran şəraitində həm də qiymətlərin aşağı düşməsi baş verərdi. Hakimiyyət hələ vəd verir ki, böhran Azərbaycandan yan keçəcək, çünki iqtisadi baxımdan ölkənin ən yüksək templə inkişafda olduğunu iddia edir. Əgər belədirsə onda niyə əmanətlər qaytarılmır?

Azərbaycan hökumətində əsasən 1992-ci ilin yanvarın 1-nə qədər pulunu banklara etibar etmiş şəxslərin əmanətlərini qaytarılması məsələsi dəfələrlə müzakirə edilib. İlkin hesablamalara görə, hökumətin vətəndaşlara o dövrdəki məzənnə ilə təqribən 4 milyard rus rublu borcu var. Ekspertlərin fikrincə, əmanətlər qaytarılarkən, 1 rus rublu 1 dollara bərabər tutulmalıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG