Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:34

Həbs edilən şəxslərə qarşı ittihamlar irəli sürülüb


Respublika Baş Prokurorluğundan bildiriblər ki, həbs edilən hər iki şəxsə qarşı ittihamlar irəli sürülüb
Azərbaycan Dövlət Neft Akademiyasında aprelin 30-da baş verən qanlı hadisə ilə əlaqədar həbs edilən şəxslərə qarşı irəli sürülən ittihamlar açıqlanıb.

Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun APA-ya verdiyi məlumata görə, həbs edilən, Gürcüstanın Marneuli rayonunun Daştəpə kənd sakini Nadir Əliyevə qarşı Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmədə iştirakçılıq, xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmədə iştirakçılıq, qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə və s. maddələri ilə ittiham irəli sürülüb.

Digər həbs edilən Marneuli rayonunun Şulaveri qəsəbə sakini Cavidan Amirov isə Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini əldə etmə, saxlama, daşıma və ya satma və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq əldə etmə və ya saxlama maddələri ilə təqsirli bilinir.

Aprelin 30-da səhər tapança ilə silahlanmış şəxs Neft Akademiyasının ikinci korpusunun binasında 12 nəfəri öldürüb. Müxtəlif dərəcəli xəsarətlər almış daha 9 nəfər isə xəstəxanadadır. Hücum edən şəxs özünü güllələyib.
İstintaq hücum edən şəxsin Gürcüstan vətəndaşı Fərda Qədirov olduğunu bildirib.
XS
SM
MD
LG