Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:44

İran azərbaycanlıları Nobel mükafatı laureatı Şirin Ebadidən kömək gözləyir


Şirin Ebadi hələlik məsələyə münasibətini açıq şəkildə bildirməyib
Şirin Ebadi hələlik məsələyə münasibətini açıq şəkildə bildirməyib

Xaricdəki Azərbaycan təşkilatları İranın müxtəlif şəhərlərində tutulub, həbs edilən 151 azərbaycanlının siyahısını tərtib edib


May ayında İranın Azərbaycan şəhərlərində keçirilən etiraz aksiyalarında yaralanan, həlak olan və həbs edilənlərin sayı haqqında dəqiq məlumat yoxdur.


Xaricdəki Azərbaycan təşkilatları bu hadisələr zamanı İranın müxtəlif şəhərlərində tutulub, həbs edilən 151 azərbaycanlının siyahısını tərtib edib, onların azad edilməsi uçun beynəlxalq insan hüquqları təşkilatlarına dəfələrlə müraciət göndərilib.


Həmin müraciətlərə əsasən beynəlxalq insan hüquqları təşkilatı «Amnesty International» həbs edilənlərdən biri, Abbas Lisaninin dərhal azadlığa buraxılması barədə bəyanat verib. Qeyd edək ki, cənab Lisani iyun ayının 3-də həbs edilib və naməlum yerdə saxlanılır. Onun Ərdəbildəki mənzilindən aparıldığı və hazırda işgəncə təhlükəsi altında olduğu bildirilir. Abbas Lisaninin həbsindən əvvəl, nümayişlər zamanı xəsarət aldığı üçün müalicəyə ehtiyacı var. Hazırda aclıq aksiyası keçirən Lisaninin 7 gündür ki, su içməkdən belə imtina etdiyi barədə xəbər yayılıb.


İran azərbaycanlılarının hüquqlarının pozulması ilə əlaqədar olaraq Nobel sülh mükafatı laureatı, insan haqlarının kəskin müdafiəçisi Şirin Ebadiyə dəfələrlə müraciət edilıb.


Şirin Ebadi hələlik məsələyə münasibətini açıq şəkildə bildirməsə də onun kömək edəcəyi güman edilir.


Iran Azərbaycanının fəalı Çingiz Bəxtavərin oğlu Babək Bəxtavər Şirin Ebadiyə ünvanlandığı məktubda atasının həbsindən 35 gün kecməsinə baxmayaraq, onunla görüş xahişlərinin yalnız digər ailə üzvlərinin həbsi ilə nəticələndiyini yazır. Onun qardaşı Cahanbəxş Bəxtavər isə Babək qalasına yürüş bəhanəsi ilə gecə yarısı evindən zorakılıqla aparılıb. Şirin xanıma ünvanlanmış məktubda bildirilir: “Azərbaycanlı fəalların ailə üzvlərinin təqib və təzyiqlərə məruz qalmasına laqeydliyiniz bizi təəccübləndirir”. Məktubda Şirin Ebadi ən adi insan hüquqlarından məhrum edilən azərbaycanlı məhbusların müdafiəsinə qalxmağa çağırılır.


XS
SM
MD
LG