Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:33

Elmar Məmmədyarov dondurulmuş münaqişələrin regionun inkişafına əngəl törətdiyini deyir


İyunun 28-də Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstan prezidentinin Təhlükəsizlik Məsələləri üzrə köməkçisi Konstantin Kemulariyanı qəbul edib.


Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzinin yaydığı məlumata görə, regionda dondurulmuş münaqişələrin mövcudluğuna toxunan nazir, bunun iki ölkənin inkişafına və regionda beynəlxalq miqyaslı iqtisadi layihələrin həyata keçirilməsinə ciddi əngəl törətdiyini söyləyib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesinə toxunaraq vurğulayıb ki, bu problem yalnız beynəlxalq hüququn norma və prinsipləri və Azərbaycan Konstitusiyası əsasında öz həllini tapmalıdır.


Cənab Kemulariya isə, münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyini dəstəklədiyini söyləyib.



XS
SM
MD
LG