Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:41

Uve Halbax: «Avropanın Qarabağ münaqişəsinin nizamlanması üçün hazır formulu yoxdur»


«Almaniyanın Azərbaycanla əlaqələrinin tarixi kökləri var. XVIII əsrdən başlayaraq Almaniyanın bəzi hissələrindən gələn köçkünlər Azərbaycanda məskunlaşıblar». Bunu «Azadlıq» radiosuna Berlindəki Beynəlxalq və Təhlükəsizlik Məsələləri üzrə İnstitutun Qafqaz və Orta Asiya üzrə eksperti Uve Halbax deyir. Onun sözlərinə görə, XIX əsrin sonlarında alman iş adamları Bakıda neft sektorunda çalışıblar. Lakin postsovet dövründə Almaniya Böyük Britaniya və ABŞ kimi Azərbaycanda əsas oyunçular sırasında daxil ola bilməyib: «Buna baxmayaraq Avropanın enerjiyə tələbatının artdığı bir dövrdə Azərbaycanın prioritet ölkələrdən birinə çevrilməsi artıq göz qabağındadır. Almaniyada enerji məsələsi çox aktuallaşıb, xüsusən də bu il. Ona görə də, Almaniya Azərbaycanla olan iqtisadi əlaqələrin genişlənməsində maraqlıdır. Neft ölkəsi olan Azərbaycan Avropada enerji təhlükəsizliyinin diversifikasiyasına töhfəsini verə bilər. Bu məsələ Avropa Birliyinin Qafqazdakı siyasətinin önəmli elementlərindən biridir».


Cənab Halbaxın fikrincə, təhlükəsizlik və sabitliyin qorunması Almaniyanın regionda önəm verdiyi məsələlər arasındadır. Ekspert hazırda Cənubi Qafqazın sabitlikdən çox-çox uzaq olduğunu da deyir: «2007-ci ilin yanvarından Avropa Birliyinin prezidentliyi Almaniyaya keçəcək. Almaniya quruma rəhbərliyi dövründə Cənubi Qafqaz regionuna diqqətin artırılmasına çalışacaq».


Onun rəyinə görə, münaqişələrin həlli prioritetlərdən biri olacaq: «Son vaxtlara qədər Avropa ölkələri bu məsələdə çox da fəallıq göstərmirdilər. Lakin hazırda qurumda münaqişələrin həllinə münasibətdə dəyişiklik var».


Lakin Uve Halbax bildirir ki, Avropanın nə Qarabağ, nə Abxaziya, nə də Cənubi Osetiya münaqişəsinin nizamlanması üçün hazır formulu yoxdur.


XS
SM
MD
LG