Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:33

Fərhad Əliyev müddətsiz aclıq aksiyasına başlaya bilər


İyulun 5-dən 6-na keçən gecə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanan sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev 48 saatlıq aclıq aksiyasına başlayıb. Bu haqda onun vəkili Elton Quliyev məlumat verib. Cənab Quliyevin sözlərinə görə, sabiq nazir bununla ictimaiyyətin diqqətini istintaqın gedişinə cəlb etmək istəyir. Əgər bu nəticə verməzsə Fərhad Əliyev müddətsiz aclıq aksiyasına da başlaya bilər.


İyulun 5-də sabiq İqtisadi İnkişaf nazirinin Hüquqlarının Müdafiəsi Komitəsi Fərhad Əliyevin aclıq aksiyasına başlayacağı barədə müraciət yayıb. Müraciətdə bildirilir ki, «Fərhad Əliyevin aclıq aksiyası yol verilən haqsızlıqlara etirazdır. Özü və yaxınları barəsində baş alıb gedən qanunsuzluqlara son qoyulmayacağı təqdirdə Fərhad Əliyev daha radikal addımlar atacağını bildirib».


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyev artıq 9 aydır ki, həbs edilib və MTN-in təcridxanasında saxlanılır. O, dövlət çevrilişinə cəhddə ittiham olunur.


XS
SM
MD
LG