Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:51

Söz Azadlığı Şurası Milli Mətbuat Gününü «qara bayram» kimi qeyd etməyi qərara alıb


İyulun 19-da bir qrup ziyalı, jurnalist, hüquq müdafiəçisi və millət vəkilinin iştirakı ilə keçirilən forumda ölkədə söz azadlığı sahəsindəki vəziyyət böhran kimi qiymətləndirilib və Söz Azadlığı Şurası adlı yeni koalision qurum yaradılıb.


Bu haqda müzakirələr iki həftə sonra davam etdiriləcək. Təşkilat ayda bir dəfə ictimaiyyət qarşısında hesabat verəcək.


Forum Azərbaycanda söz azadlığının vəziyyətinə ictimai diqqət çəkmək üçün 22 iyul Milli Mətbuat Gününün «qara bayram» kimi qeyd olunmasını qərara alıb. Yeni yaradılan qurum iyulun 22-də Bakıda Məşədi Əzizbəyov heykəlinin yanından başlayaraq Fəxri Xiyabana qədər yürüş keçirmək qərarına gəlib. Yürüşün sonunda da milli mətbuatın banisi Həsən bəy Zərdabinin, eləcə də Azadlıq qəzetinin ilk baş redaktoru mərhum Nəcəf Nəcəfovun və ötən il qətlə yetirilən Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun məzarlarını ziyarət etmək nəzərdə tutulur.


XS
SM
MD
LG