Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:39

ATƏT hökumət və media təmsilçilərinə təlim keçib


Hakimiyyətlə medianın münasibətlərini gücləndirməklə ictimaiyyətin hökumət informasiyasına çıxışını yaxşılaşdırmaq üçün ATƏT-in Bakıda təşkil etdiyi seminar başa çatıb. Bu barədə təşkilatın Vyana Ofisi məlumat yayıb.


«Müasir demokratik cəmiyyətdə hökumətlə jurnalistlər arasında səmərəli və professional ünsiyyət mühümdür»,- bunu isə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsinin baş müşaviri Aleksandr Boldirev deyib.


Üç günlük seminarda Azərbaycanın paytaxt və rayonlarından media vasitələrindən jurnalistlər, o cümlədən, əsas hökumət idarələri, Prezident Aparatı və Nazirlər Kabinetindən mətbuat katibləri və mətbuat xidmətlərinin nümayəndələri iştirak ediblər.


Seminarda əsasən Azərbaycanın «İnformasiya əldə etmək haqqında» yeni qanunu müzakirə olunub.


Seminarı ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi təşkil edib. Bir sıra digər ATƏT üzvləri üçün də bu cür təlim proqramları təşkil olunur. Ötən ilin iyulunda Bakıda oxşar təlim-seminar keçirilmişdi.


XS
SM
MD
LG