Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:36

Suriyada 500-ə yaxın üsyançı həbs edilib


Tanklar Deraaya girir. 25 aprel 2011
Tanklar Deraaya girir. 25 aprel 2011
Suriya prezidenti Bəşər Əsədin göstərişi ilə Deraa şəhərinə qoşun yeridilməsinin ardınca təhlükəsizlik qüvvələri şəhərdə yüzlərlə fəalı həbs ediblər.

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, şəhərdə Əsəd hakimiyyətinə qarşı keçirilmiş aksiyalarda iştirak etmiş 500-ə yaxın şəxs həbs edilib.

Bu haqda "Sawasiah" hüquq müdafiə qrupu məlumat verir. Başqa bir qrup - "Suriyada insan haqlarının vəziyyətini müşahidə qrupu" isə deyir ki, aprelin 26-da paytaxt Dəməşqə yaxın ərazilərdə də onlarla şəxs həbs edilib.

Bu məlumatları ikinci bir mənbədən təsdiqləmək mümkün olmayıb.

Xəbərlərə görə, bazar ertəsi Deraa-ya qoşun yeridilərkən 39 nəfər öldürülüb.

Bu məlumatı da dəqiqləşdirmək çətindir, çünki hökumət xarici jurnalistləri ölkədən çıxarıb, Deraa və onun ətrafında mobil telefon xidməti dayandırılıb.

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, martın ortalarında hökumətə qarşı etirazlar baş qaldırandan bəri 350 nəfər öldürülüb.

Başqa bir hüquq müdafiəçisi Abazid Abdulla Frans press agentliyinə deyib ki, hökumət qüvvələri də aprelin 26-da da nümayişçilərə atəş açıblar.

Onun sözlərinə görə, hökumətin repressiyalarına etiraz olaraq istefa vermiş yerli ruhaninin evi mühasirəyə alınsa da, o evdə olmayıb.

Abdulla deyir ki, bu məlumatları xaricə ötürmək üçün Deraa-dan uzaqlaşaraq elə bir yerə gedib ki, orada mobil telefon xidməti işləsin.

Suriya hökuməti isə deyir ki, Deraa-ya qoşun yeridilməsinin səbəbi sadədir: "Yerli camaat onlara müraciət edib ki, hökumət qüvvələri gəlib onları “ekstremist terrorçu qruplar"dan xilas etsin”.

Bundan başqa hökumət bildirir ki, sosial şəbəkələrdə və Youtube videopaylaşma saytında yayılan videolar saxtadır və Suriyada çəkilməyib.

Həqiqiliyini tədiq edə bilməyəcəyimiz həmin videolardan biri - http://youtu.be/NNBHZPPPg2g

Amma yerli əhali başqa şeyi deyir. Adının çəkilməsini istəməyən bir qadın Deraa-ya yaxın Suriya-İordaniya sərhədindən Röyters agentliyinə deyib ki, onun ailəsinin bir neçə üzvü hökumət qüvvələri tərəfindən güllələnib.

ABŞ Suriyada baş verənlərə münasibətdə mövqeyini sərtləşdirib və prezident Bəşər Əsədi istefa verməyə çağırıb.

Ağ evin sözçüsü Jay Carney deyib ki, Suriya xalqının öz liderini seçmək haqqı var.

Onun sözlərinə görə, insanları hökuməti tənqid etdikləri üçün öldürmək olmaz.

“Suriya xalqı azadlıq istəyir. Yer üzündə bütün insanların fikir azadlığı, birləşmək, dinc nümayiş keçirm.k və öz liderini seçmək haqqı var.”

ABŞ həm də Suriyadakı səfirliyinin işçilərini və ümumiyyətlə Suriyada olan bütün vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.

Bu arada hüquq müdafiə təşkilatları və getdikcə daha çox ölkə birgə işləyirlər ki, Suriyanın BMT-nin insan haqları şurasına üzv seçilməsinə mane olsunlar.

Şurada Asiya ölkələri üçün nəzərdə tutulmuş 4 yerdən 1-nə Suriyanın seçilməsi gözlənilirdi.

Şuraya seçki mayın 20-də olmalıdır.

Suriyanın Şuraya seçilməsinə qarşı ABŞ, Fransa, Britaniya, Almaniya, Portuqaliya da çıxırlar.

Bu ölkələr həm də BMT Təhlükəsizlik Şurasında Suriyada dinc nümayişçilərin atəşə
Dəməşqdəki etirazlarda öldürülmüş aksiyaçı. 23 aprel 2011
tytylmasını qəti şəkildə pisləyən qətnamənin hazılanmasına çalışırlar.

BMT-dəki adının çəkilməsini istəməyən diplomatların dediyinə görə, belə bir qətnamə olarsa onu ABŞ da dəstəkləyəcək.

Türkiyə də qonşu Suriyada baş verənləri izləyir.Ankara islahat tələb edən nümayişçilərə qarşı ifrat güc tətbiqinin yolverilməz olduğunu bildirib.

ABŞ prezidenti Obama da bazar etəsi Türkiyənin baş naziri Ərdoğanla telefonla danışıb və məlumata görə hər iki lider Suriya hökumətinin öz xalqına qasrşı güc işlətməsinin əleyhinə fikirlərini ifadə ediblər.
XS
SM
MD
LG