Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:41

Xurşidbanu Natəvan. Olmuşam dəhri-bəla içrə bu gün divanə mən


Olmuşam dəhri-bəla içrə bu gün divanə mən,
Varmadım meyxanəyə, sındırmadım peymanə mən.

Əhdlərdən keçmədim, peymanlər sındırmadım,
Lacərəm bimehrlə tək, olmuşam əfsanə mən.

Tərki-gülzar etmişəm, bülbül kimi mən, ey rəqib,
Aqibət bir guşə içrə gəlmişəm əfqanə mən.

Eşq rüxsarında bir dəm vəslilə şad olmadım,
Hər tərəf seyr eylədim, düşdüm əcəb hicranə mən.

Qəm yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım,
Hərçi cəhd etdim, nə hasil, yetmədim cananə mən.

Duş gördüm kim, gəlibsən gülbeyi-ehzanıma,
Ol zaman nəzr eylədim canü dilim qurbanə mən.

Görməyim düşvardır, vallah, səni, bil, ey rəqib,
Zülfə bağlı qoy gedim, axır düşüm zindanə mən.

Dövrü dönmüş dövr dövran etmədi kamımca ah!
Düşmənimdir, bilməzəm kim netmişəm dövranə mən.

Varü yoxumdan qalan ancaq mənim bir can idi,
Natəvan, daxi dedim: sərf eyləyim mehmanə mən.
XS
SM
MD
LG