Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:45

Türkiyə ümid yeri kimi qalacaqmı?


Prezident İlham Əliyevin Türkiyə baş naziri şərəfinə verdiyi şam yeməyi, Bakı, 13 may 2009
Prezident İlham Əliyevin Türkiyə baş naziri şərəfinə verdiyi şam yeməyi, Bakı, 13 may 2009
Türkiyənin baş naziri də Bakıya işgüzar səfərə gəldi. Məqsəd son vaxtlar Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması bağlı narahatlığa son qoymaq idi. Maraqlısı budur ki, Türkiyə ilə Azərbaycanı biri-birinə sanki ancaq sərhəd məsələsi birləşdirir.

Amma Azərbaycan son illərdə böyük problemlər yaşayıb. Elə azərbaycanlıların özlərinin də Türkiyə münasibəti gərgin xarakter daşıyır. Əvvəl güman edilirdi ki, Türkiyə Azərbaycan üçün sözün əsl mənasında məktəb olacaq, çünki türkiyəlilərin buna imkanı var idi. Amma nə baş verdi?

Türkiyə də hakim siyasi partiyanın diqqətinə çatdırmalı idi ki, Azərbaycan, məsələn, demokratik seçkilər keçirə bilər, fəqət keçirilmir, siyasi partiyaların fəaliyyəti, demək olar ki, tam məhdudlaşdırıb, mətbuat daim təqib edilir, QHT-lərə işləməyə imkan verilmir. Türkiyə də azərbaycanlı seçiciləri inandırmağa cəhd edir ki, bu seçki də «demokratiya yolunda atılmış bir addımdır».

Baş nazirin səfərində bir səbirsizlik var. Real siyasi qüvvələrə diqqət yetirilmir, onlara qarşı etinasız siyasət yürüdülür. İndi etiraf etmək vaxtıdır ki, artıq ölkədə cəmi bir partiya real olaraq fəaliyyət göstərir ki, onun adı da YAP-dır. Bunun neçə il davam edəcəyini isə heç kim bilmir.

İndi hər bir azərbaycanlının öz papağını qarşısına qoyub düşünməsi lazımdır ki, itirilmiş Qarabağı necə qaytarılsın!? Bunun necə baş verəcəyini heç kim bilmir. O cümlədən də Rəcəb Tayyib Ərdoğan!.. Eləcə də rusiyalı məmur və səfirlər neçə illərdir açıq şəkildə iddia edirlər ki, Qarabağ probleminin açarı onların əlindədir.

Amma bu açarı tapmaq, Rusiya ilə necə sövdələşməyin yolunu göstərmirlər. Bu, da aydındır ki, Rusiya problemi heç vaxt həll etməyəcək. Qarabağ problemi Rusiya üçün nəinki Azərbaycanın, hətta bütün Cənubi Qafqazın siyasətinə müdaxilə etmək üçün bir «rıçaqdır».

Rusiya könüllü şəkildə bu «rıçaq»dan imtina edərmi? Elə Qərbin də demokratik münasibətinin səbəbini açıqlamaq lazımdır. Qərbi daha çox belə suallar düşündürür ki, qaz olacaq, yoxsa olmayacaq?

Beləcə, zaman amili özünü göstərməkdədir və getdikcə Azərbaycanın əleyhinə işləyir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG