Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:45

Yenə Çavez, yenə də demokratiyaya hücum


«Ya buna son qoyulmalıdır, ya da mən adımı dəyişəcəyəm».
«Ya buna son qoyulmalıdır, ya da mən adımı dəyişəcəyəm».
Mayın 15-də «Vaşinqton Post» qəzeti Venesuela prezidenti Uqo Çavezin öz ölkəsində avtoritarizmi gücləndirmək cəhdləri haqda daha bir məqalə dərc edib.

Bu dəfə söhbət Venesuela prezidentinin ölkədəki özəl telekanalları bağlamağa cəhd etməsindən gedir. Qəzet yazır ki, neft sektorunun milliləşdirilməsi, qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsinə dövlət nəzarətinin tətbiqinin də daxil olduğu strategiya ilə Venesuela hökuməti müstəqil və müxalif medianı hədəfə götürüb.

Hökumət müxalif «Qlobovizion» kabel televiziyasını mayın 4-də Venesuelada baş vermiş zəlzələ haqda reportajlarla əhalini vahiməyə salmaqda ittiham edib. Daha sonra mayın 11-də hökumət Venesuela Dövlət Neft Şirkəti ilə işləyən 39 xarici və yerli şirkətin dövlət nəzarətinə keçdiyini elan edib.

Bundan bir gün əvvəl – mayın 10-da Uqo Çavez bəyan edib ki, Venesuelada «heç bir torpaq özəl deyil». Bu bəyanat Venesuelada şəxsi kənd təsərrüfatlarının dövlət mülkiyyətinə keçməsi prosesinin davam edəcəyinə işarədir. Müxalifətin əsas simaları isə korrupsiya ittihamları ilə üzləşərək hökumət təzyiqlərinə məruz qalırlar. Hazırda əsas hədəflərdən biri Karakasın meri Antonio Ledezmadır.

«Vaşinqton Post» yazır ki, hələ ki, onillik hakimiyyəti dövründə Uqo Çavez bir dəfə də olsun media vasitəsini qapatmayıb. Lakin 2007-ci ilin mayında müxalif RCTV televiziya kanalının yayım lisenziyasının müddəti bitdikdə Çavez lisenziyanı uzatmaqdan imtina edib. Paralel olaraq Çavez rejimi hökumətpərəst medianın formalaşdırılması istiqamətində əhəmiyyətli səylər göstərir.

«Globovizion» telekanalına Çavez və onun yaxın ətrafı xüsusi nifrət bəsləyir, çünki 2002-ci ildə baş tutmayan çevriliş cəhdi zamanı telekanal Çavezi yıxmaq istəyənlərə efir vaxtı vermişdi. Çavez «Globovizion» telekanalının rəhbəri Alberto Federiko Reveli «dəli adam» adlandırıb və deyib ki, «Ya buna son qoyulmalıdır, ya da mən adımı dəyişəcəyəm».

Hökumət izah etməyib ki, «Globovizion»un kiçik və ölkəyə ciddi ziyan vurmamış zəlzələ barədə reportajları hansı formada cəmiyyəti panikaya salıb. Uqo Çavez məsələni baxılmaq üçün Milli Telekommunikasiya Komissiyasına göndərib. Həmin komissiya «Globovizion»a qarşı artıq yoxlamalara başlayıb.

Venesuela parlamenti isə təzə qanun layihəsi hazırlayır. Həmin qanuna əsasən, yerli qeyri-hökumət təşkilatlarına verilən xarici donor pulları ilk əvvəl dövlət fondlarına köçürülməlidir. Yalnız bundan sonra pul yerli təşkilatlar arasında paylanacaq.
XS
SM
MD
LG