Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:34

Ermənistan yeni Atom Elektrik Stansiyası tikəcək


Yeni AES Metsamorda indi işləyən stansiyadan iki dəfə güclü olacaq
Yeni AES Metsamorda indi işləyən stansiyadan iki dəfə güclü olacaq
Ermənistan yeni Atom Elektrik Stansiyasının tikintisinə 2011-ci ilin əvvəlində başlayacaq. Bu haqda Enerji və Milli Ehtiyatlar naziri Armen Movsisyan bildirib.

O deyib ki, ilkin dəyərləndirmələrə görə, stansiya təxminən 5 milyard dollara başa gələcək. Və indiki Metsamor AES-in ərazisində tikiləcək.

Ermənistan hökuməti keçən həftə bəyan edib ki, Avstraliyanın tikinti şirkətlərindən olan «Worley Parsons» AES-in tikintisi üzrə beynəlxalq tenderdə qalib gəlib və iki tərəf tezliklə uyğun müqavilə imzalamağa ümid edirlər.

Movsisyan deyib ki, növbəti addım AES-in layihələşdirmə işlərini başa çatdırmaq və başqa bir tender vasitəsilə sərmayəçini seçməkdir.

Yeni AES Metsamorda indi işləyən stansiyadan iki dəfə güclü olacaq. Hazırkı stansiya ölkənin istifadə etdiyi elektrik enerjisinin 40 faizindən çoxunu verir.

Sovet dövründə tikilən Metsamor AES-in 2017-ci ildə sökülməsi planlaşdırılıb.
XS
SM
MD
LG