Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:38

«Əbu Bəkr» məscidi açılmadı


2008-ci il avqustun 17-də baş verən partlayışdan sonra «Əbu-Bəkr» məscidinin fəaliyyəti məhkəmə tərəfindən dayandırılıb
2008-ci il avqustun 17-də baş verən partlayışdan sonra «Əbu-Bəkr» məscidinin fəaliyyəti məhkəmə tərəfindən dayandırılıb
«Əbu Bəkr» məscidi barədə qərarı məhkəmə bir dəqiqənin içində verib. Mayın 27-də Ali Məhkəmə məscidin fəaliyyətini davam etdirməsinə icazə verməyərək qərarı qüvvəsində saxlayıb. Bu barədə «Azadlıq» radiosuna «Nərimanov rayon dindarları» dini icmasının vəkili Cavanşir Süleymanov məlumat verib.

O bildirib ki, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb və kassasiya şikayətini təmin etməyib.

C. Süleymanov Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə və Avropa Məhkəməsinə şikayət verəcəklərini deyir.

2008-ci il avqustun 17-də baş verən partlayışdan sonra Bakıdakı «Əbu-Bəkr» məscidinin fəaliyyəti məhkəmə tərəfindən dayandırılıb. Həmin partlayışda üç nəfər həlak olmuşdu.

Şərhinizi yazın.
XS
SM
MD
LG