Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:35

Geopolitikanın ziddiyyətli məqamları


Uinston Çerçill deyirdi ki, Rusiya silaha çox hörmət edir
Uinston Çerçill deyirdi ki, Rusiya silaha çox hörmət edir
Arabir adama elə gəlir ki, dünyada nə baş verirsə böyük dövlətlərin və onun yaxın müttəfiqlərinin iradəsi ilə həyata keçirilir. Bir dəfə maraqlı filmə baxmışdım: hindu qəbilələri arasındakı mücadilədən söhbət gedirdi. Əsirlikdən qaçan bir hindu uçulub-dağıdılmış qəbilə kəndində, su quyusunun içində gizlənmiş arvadını və uşaqlarını tapır. Elə bu vaxt da arvadı dənizdə sahilə yan alan gəmini və dağıdılmış kəndi göstərərək sağ qalmaq üçün dənizə çıxmağı təklif edir. Amma hindu etiraz edir və deyir: "biz başqa səmtə gedəcəyik!.."

Bu kiçik giriş Qərbin, həmçinin Köhnə Dünyanın siyasətinə azacıq da olsa aydınlıq gətirməkdir. Burada maraqlı bir tarixi fakta istinad edərək demək olar ki, irqi problem bir vaxtlar ABŞ tarixində mühüm yer tutub. Azadıq haqqında ən gözəl sözlər deyən, ABŞ-ın İstiqlaliyyət Bəyannaməsinin, konstitusiyasının müəlliflərindən biri Tomas Cefersonun 164 qulu var idi.

Amma hindularla zəncilərin tarixini müqayisə etsək ibrətamiz bir detalla rastlaşarıq. Hindular öz prinsiplərindən bu günə qədər də əl çəkmirlər. Elə bu səbəbdən bir etnos kimi hindular az qala kəskin şəkildə azalır.

Amma zəncilər fərqli yol tutdular. Əvvəlcə ancaq qul oldular, sonra öz mədəniyyətlərini tədricən ingilislərə qəbul etdirdilər, zamandan asılı olaraq isə azadlıqları da genişləndi.

Burada mədəniyyətin rolunu istisna etmək olmaz. Mədəniyyət çox güclü amildir. İndi qaradərili, Afrika mənşəli insan prezident seçilib. Burada məqsəd iki etnosun tarix baxımından fərqli inkişaf yolu seçməsi nəticəsində hara gəlib çıxmağından söhbət gedir. Əsl mübarizə əzmi, azadlıq hissi - bütün – bunlar çox yaxşıdır. Amma reallıq hissini itirmək, xüsusən də liderlər üçün yolverilməzdir.

Uzağa getməyərək, Çeçenistanı misal kimi göstərmək olar. Çeçenlər az qala böyük rus hərbi maşınını, Rusiyanın ordusu haqqında mifi sındırdılar. Amma vaxtında bir qədər praqmatizm göstərsəydilər bəlkə vəziyyət daha yaxşı olaradı. Praqmatizm millətlərə özünümühafizə üçün lazımdır.

Uinston Çerçill deyirdi ki, Rusiya silaha çox hörmət edir. Düzdür, Azərbaycan nə qədər silah əldə etsə belə yenə də Rusiya ilə bacarmaz. Odur ki, bu səmtdə ancaq diplomatiyadan faydalanmaq lazımdır.

Çalışıb güclünün yanında olmaq mümkündür, amma bu da əbədi olaraq davam edə bilməz.

Cəsarətli seçimə ehtiyac var. NATO planlarını unutmayıb. Əslində NATO Cənubi Qafqaza gəlib. Əgər Azərbaycanın güclünün yanında olmaq istəyirsə daha yaxşı seçim NATO olardı.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG