Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:30

Zəhərlənən əsgərlər hospitaldan çıxıblar


Azərbaycan Müdafiə Nazirliyinin Qaraheybətdəki Təlim Mərkəzində mayın 26-da baş verən kütləvi zəhərlənmə ilə əlaqədar Müdafiə Nazirliyin Hərbi Klinik Hospitalına yerləşdirilən 6 əsgər sayın 29-da xidmət etdiyi hərbi hissəyə göndərilib.

Bunu «Azadlıq» radiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu deyib. O deyib ki, zəhərlənmənin səbəbləri barədə sabah açıqlama verilə bilər.

Mayın 26-da Qaraheybət Təlim Mərkəzində əsgərlər arasında kütləvi zəhərlənmə baş verib. Rəsmi məlumata görə Hərbi Klinik Hospitalına 164 əsgər müayinə üçün gətirilib. Müayinədən sonra 158 əsgər xidməti yerlərinə qaytarılıb. 6 əsgərdə isə əlavə müayinə və müalicəyə cəlb edilib.

Zəhərlənmə faktı üzrə cinayət işi açılıb, hələlik saxlanılar yoxdur.
XS
SM
MD
LG