Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:44

«Donuz qripi» epidemiyaya çevrildi


Hazırda «donuz qripi» dünyanın 74 ölkəsinə yayılıb
Hazırda «donuz qripi» dünyanın 74 ölkəsinə yayılıb
Ümumdünya Səhiyyə Təşkilatı H1N1 qripinin pandemiyasını elan edib.

Təşkilat bu qərarı iyunun 11-də ekspertlərin fövqəladə iclasında verib. Cenevrədəki bu toplantıda qərar qəbul olunmalı idi ki, H1N1 qripi ilə bağlı pandemiya (dünya miqyaslı epidemiya) elan olunsun yoxsa yox.

Ümumdünya Səhiyyə Təşkilatı virusun Avstraliyada sürətlə artması və Kanadada partlayış həddinə gəlməsindən narahatdır. Qurum nümayəndəsi Keiji Fukuda deyib ki, epidemiya bəyanatından sonra insanları yarana biləcək vahimədən qorumaq lazımdır.

Hazırda «donuz qripi» dünyanın 74 ölkəsinə yayılıb.
XS
SM
MD
LG