Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:45

Başqırdıstan lideri Moskvaya qarşı çıxdı


“Mən başa düşə bilmirəm ki, respublikanı bu qədər nəzarətçi və müşəttişlə doldurmaq nəyə lazımdır?”. Başqırdıstan lideri Murtəza Raximov iyunun 10-da işə başlayan Başqırdıstan xalqlarının qurultayındakı çıxışında belə deyib. Raximov hesab edir ki, respublikanı yerli məmurlar çox yaxşı idarə edirlər, amma Moskvanın təşəbbüsü ilə Başqırdıstanı federal məmurlar getdikcə daha böyük sürətlə başına alır və indi onların sayı yerli məmurlardan 1,5 dəfə çoxdur. O sual verir: “Bəs dövlət pullarının səmərəli xərclənməsi, inzibati maneələrin azaldılması haqda çağırışlarına nə oldu? Onsuz da region rəhbərləri Rusiya prezidentinin xeyir-duası ilə iş başına gətirilir, mahiyyət etibarilə regionda baş federal məmur da onlar sayılmalıdır”. Başqirdistan lideri deyib ki, tarix göstərdi ki, ölkəni sərt unitar metodlarla idarə etmək cəhdləri qaçılmaz olaraq sistemin böhranı ilə nəticələnir:

“BİZƏ BELƏ SARSINTILAR LAZIM DEYİL!”


Başqırdıstan xalqlarının 2-ci qurultayına 700 nümayəndə toplaşıb. Onlar Moskva ilə kəllə-kəlləyə gələn respublika prezidentini dəstəkləyiblər.

Ufada yen təhsil qanununa etirazlar. 18 aprel 2009
Raximovun hakim “Vahid Rusiya” partiyası və Rusiya hökuməti ilə münasibətləri keçən həftə lap korlanıb. Buna səbəb onun “Moskovskiy komsomolets” qəzetinə verdiyi müsahibədir. Başqırdıstan rəhbəri müsahibədə deyib ki, üzvü olduğu partiyanın “hakimiyyəti ifrat şəkildə mərkəzləşdirmək” yönündə cəhdlərini dəstəkləmir. Raximov həmçinin bildirib ki, Moskvanın respublika prezidentliyinə yeni namizədini sadəcə qəbul etməyəcək.Qurultaydakı çıxışında Raximov deyib ki, onun rəhbərlik etdiyi respublikada imperiya tipli, unitar yanaşmaların bərpasını qəti şəkildə rədd edirlər (Başkirinform).

Raximov qurultayda Rusiyanın Təhsil Nazirliyini də tənqid edib. O deyib ki, nazirlik Konstitusiyaya, qanunlara, ictimaiyyətin və regionların fikrinə məhəl qoymadan regionlardakı xalqların dilinin və tarixinin tədrisinə qadağa qoymağa çalışır.

“Bir şeyi başa düşmək lazımdır –

URAL RAXİMOV KİMDİR?

Yalnız Kremlin tarixini və bir dili öyrənmək düzgün deyil. Nazir Fursenkonun Rusiya xalqlarının dilinin əhəmiyyətini inkar etməsi - burnunun ucundan o yanı görməyən qeyri-peşəkar mövqedir”.

Qurultay zamanı jurnalistlərə açıqlama verən Raximov bir daha öz qalmaqallı müsahibəsinə qayıdıb. O bildirib ki, partiyaya qarşı deyil, sadəcə əvvəl-axır kimsə bunları deməli idi, iş olan yerdə tənqidə, diskussiyaya da yer olmalıdır. “Mən Rusiyanın federal dövlət kimi möhkəmlənməsinin tərəfdarıyam, Rusiyanın bütün xalqlarının yaxşı yaşamasını istəyirəm. Əsas odur ki, xalq məni dəstəklədi. Qoy düşünsünlər”.

Ural Raximov
Azadlıq Radiosunun rus xidmətinin əməkdaşı Sergey Orlov deyir ki, bəzi ekspertlər təcili olaraq qurultay keçirilməsini Raximovun Moskva ilə münasibətlərinin davamlı şəkildə pisləşməsi ilə bağlayırlar. Bu konflikt hakimiyyəti birbaşa olaraq öz oğlu Urala ötürmək imkanı olmayan Raximovun Urala yaxın adamlardan birini özünə varis seçməsindən sonra kəskinləşib. Amma Moskva bu cür yanaşmanın onun ürəyincə olmadığını Raximova anladıb. Bəzi ekspertlər Raximovun demarşını istefaya getməmişdən qabaq özü üçün “sərfəli şərait” yaratmaq, öz iqtisadi maraqlarını qorumaq cəhdilə izah edirlər. Varisliyə əsas namizəd isə hazırkı baş nazir Rail Sarbayev sayılır.

Ural Raximov biznesmendir – "Başneft"in direktorudur. 2007-ci ildə “Forbs” onun var-datının 1 milyard dollar olduğunu yazmışdı. O həm də Başqırdıstan parlamentinin deputatıdır. Onun keçən əsrin 90-cı illərindən başlayaraq Başqırdıstandakı ən gəlirli müəssisələrində öz adamlarını yerləşdirdiyi deyilir. Başqırdıstanın bir sıra neft emalı zavodları ona məxsusdur.

İKİ QOÇUN BAŞI BİR QAZANDA
QAYNASIN, QAYNAMASIN?


Milli siyasət üzrə ictimai informasiya mərkəzinin rəhbəri Timur Muzayev isə Azadlıq Radiosunun rus xidmətinə deyib ki, Raximovun hərəkəti hakim partiyada böhrandan xəbər verir. Onun fikrincə, “Vahid Rusiya çinovnuk institutuna çevrilib və Rusiyanı da sovet üslubunda bürokratik dövlətə çevirmək istəyir. Bu tənqiddə qəribə heç nə olmazdı, əgər Raximovun özü də sovet prinsiplərini tətbiq etməyə çalışan həmin çinovnik institutundan çıxma adam olmasaydı. Aydın görünür ki, bu iki qruplaşma arasında münaqişədir”.

Baş nazir Rail Sarbayev
Muzayev deyir ki, bir tərəfdə Moskva çinovnikləri dayanır. Onlar Rusiyanı unitar dövlətə çevirmək istəyirlər. “Onsuz da Putin komandasının təşəbbüsü ilə axır illərdə Rusiyada federalizmin əksər əlamətləri yoxa çıxıb, ancaq bəzi dekorativ əlamətlər qalıb”. Muzayev deyir ki, o biri tərəfdə də regional çinovnikliyin nümayəndələri dayanır, onlar federalzmi qoruyub saxlamaq istəyirlər. “Amma bu, çinovnik anlamında bir federalizmdir – yəni regional bürokratiya Moskva bürokratiyası ilə birgə hakimiyyəti bölmək istəyir”.

Başqırdıstan xalqlarının qurultayında isə Rusiya hökumətinə müraciət qəbul edilib, nümayəndələr Moskvanı milli siyasəti təkmilləşidrməyə, federalizmə sadiq qalmağa çağırıblar.

Murtəza Raximovun 75 yaşı var. 1993-cü ildən Başqırdıstan prezidentidir.
XS
SM
MD
LG