Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:49

Medvedyev Bakıya qaz almağa gəlir


Rusiyanın Qazprom şirkəti gələn həftə Azərbaycan qazının alınması üzrə razılıq əldə olunacağına ümid edir. Bu haqda AP agentliyi xəbər verir.

İyunun 26-da Moskvada bu şirkətin səhmdarları qarşısında hesabat verən Qazpromun icraçı direktoru Aleksey Miller Azərbaycanla qaz danışıqlarının bəzi məqamlarına toxununb.

O deyib ki, gələn həftə Rusiya prezidenti Dmitriy Medvedyevin Bakıya səfəri çərçivəsində Azərbaycan qazının alınması haqda sənədin imzalanması gözlənilir.

Bu razılaşmaya əsasən Rusiya artıq 6 aydan sonra Azərbaycan qazını satın alaraq onu Avropa bazarlarına cıxarmaq imkanı qazanacaq.

“Biz Azərbaycanla olan yaxın münasibətlərdən məmnunuq və umid edirik ki, gələn həftə Bakıya səfər zamanı məsələ ətrafında razılıq əldə olunacaq” – deyə A.Miller bildirib.

Millerin sözlərinə görə, alınacaq qazın miqdarı hələlik böyük olmasa da, gələcəkdə razılaşmanın genişləndirilməsi ehtimalı var. Çünki Rusiyanın Azərbaycan qazına təklif etdiyi qiymət digər müştərilərlə müqauisədə ən yüksəkdir.

Rusiya qazından asılı olan Avropa alternativ təhcizatlar axtarışındadır.

Rusiya isə bu asılılığı daha da artırmağa çalışaraq əlavə iki qaz kəmərinin çəkilməsinə can atır. Bu kəmərləri doldurmaq üçünsə qonşu Türkmənistan və Azərbaycandan satın qaz almaq niyyətindədir.

Öz çıxışında Miller həmçinin Avropaya hədə gəlib ki, Rusiyanı kənara qoyaraq birbaşa Orta Asiya və ya Yaxın Şərqdən qaz almaq etibarlı yol deyil. Çünki bu ölkələrdə siyasi sabitsizlik mövcuddur və eyni zamanda onların qaz təhcizatında təcrübəsi azdır.
XS
SM
MD
LG