Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Ermənilər Türkiyədə istirahətə üstünlük verir


Türkiyənin Antalya kurort şəhərində beş ulduzlu otel
Türkiyənin Antalya kurort şəhərində beş ulduzlu otel
«- Bu yay harada istirahət etməyə planlaşdırırsız?

- Mən istirahət etməyəcəyəm;
- Yox, hələlik imkanım yoxdur. Ümumiyyətlə isə ermənilər Kabuletidə dincəlir. Kim necə bacarır, elə də istirahət eləyir.

- Bəs böhran necə istirahətinizə təsir edib?

- Məncə yox, təsir etməyib.
- Əlbəttə təsir edib;
- Sevanda istirahət edəcəyəm. Ötən il Soçidə olmuşam.

- Bu yay harada dincəlməyə hazırlaşırsınız?

- Hələ qərar verməmişik. Neçə ildir xaricə dincəlməyə getmirik. Ermənilər Kabuletidə istirahət edir, başqa harada olacaq?;
- Şəhərdə dincələcəyəm, çünki imkanım yoxdur. Vəziyyət belədir – imkanı olan dincəlir, imkanı olmayan yox».

«ERMƏNİLƏR YAYDA ÇİMƏRLİYƏ ÜSTÜNLÜK VERİRLƏR, BİZDƏ İSƏ DƏNİZ YOXDUR»

İqtisadi böhran turizmdən də yan keçməyib. «Bu il Ermənistanda istirahət eləyənlərin sayı 20-30 faiz azalıb». «Sputnik» turist şirkətinin turizm üzrə meneceri Meri Tovmasyan bu fikirdədir. Dincəlməyənlər böhrana davamlı olmağa çalışırlar: «Müştərilərin çoxu böhran haqqında danışanda deyirlər ki, «il ərzində heç olmasa 10 gün istirahət etməyə çalışırıq».

İstirahət etmək istəyənlərin əksəriyyəti Ermənistanın istirahət evlərindənsə, xaricdə dincəlməyə üstünlük verirlər. Günəş, dəniz və çimərlik – istirahət etmək istəyənlər ən çox bunu istəyir. Meri Tovmasyan deyir ki, «ermənilər yayda çimərliyə üstünlük verirlər, bizdə isə dəniz yoxdur».

Yayda ermənilərin istər ölkədə, istərsə də xaricdə istirahətinin təşkil olunması ilə 100-dən artıq turist agentliyi məşğul olur.

Bu yay ermənilərin Türkiyə, Bolqarıstan və Gürcüstana tələbatı artıb. Gürcüstan avqust ayındakı müharibədən sonra yenidən Ermənistanın turizm bazarındakı yerini bərpa etməyə başlayıb.

«BİZİM XALQ TƏŞKİL OLUNMUŞ İSTİRAHƏTİ SEVİR»

Ermənilər adətən 7-10 günlük istirahətə və tur-paketlərə, yəni təşkil olunmuş istirahətə üstünlük verirlər:

«Bizim xalq təşkil olunmuş istirahəti sevir. Bir çoxları Türkiyədə məhz ona görə dincəlməyi sevir ki, paketə bütün xidmətlər daxildir. Bu daha çox uşaqlı ailələr üçün münasibdir, çünki heç nədən narahat olmağa ehtiyac qalmır».

Türkiyənin Antalya şəhərində 7 gün dincəlmək üçün erməni turist orta hesabla 1000 dollar xərcləyir, Gürcüstanın Kabuleti, Batumi və Ureki kurortlarında istirahətin qiyməti isə 200 dollardan başlayır. «Qonşu ölkələrdə istirahət daha ucuzdur, nəinki Ermənistan kurortlarında»- bunu həm istirahət edənlər, həm də turizm agentliklərinin nümayəndələri deyir.

Ermənistanda nəinki istirahət edənlərin, eləcə də tur-operatorların bir zarafatı var. Deyirlər ki, «ermənilər üçün ən ucuz istirahət Kabuleti regionu hesab olunur, daha sonra Avropa gəlir. Əgər imkanlısansa, onda Ermənistanda da qalıb istirahət etmək olar».

Ermənistanın hökumət işçiləri isə artıq baş nazir Tiqran Sarqsyandan ciddi göstəriş alıblar. «Bu yay qısa müddətli və yalnız Ermənistanın daxilində istirahət etmək olar». Bu yolla Ermənistan nazirləri başda baş nazir olmaqla ölkənin daxili turizminin inkişafına çalışırlar.
XS
SM
MD
LG