Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:37

«Azərbaycan hər layihəyə ayrıca qaz verə bilər»


Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev
Azərbaycan qaz ehtiyatları çox zəngindir və hər layihəyə ayrıca qaz verə bilər. İstanbulda Türkiyənin Enerji naziri Taner Yıldızla görüşdükdən sonra Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbəri Rövnəq Abdullayev belə deyib.

O, bildirib ki, Azərbaycan Avropa Birliyi və ABŞ-ın dəstəklədiyi «Nabucco» layihəsinin təchizatçısı ola bilər: «Siyasi cəhətdən, biz «Nabucco»ya dəstək veririk və biz bu layihəni vacib hesab edirik. Lakin biz şərtlərə baxmalıyıq».

Selcan Hacaoğlu «Los Anceles Times» qəzetində dərc olunmuş «Neft şirkətinin rəsmisi «Azərbaycan hər layihəyə ayrıca qaz verə bilər» deyir» sərlövhəli məqaləsində belə yazır.

Türkiyə, Avstriya, Bolqarıstan, Rumıniya və Macarıstan baş nazirlərinin iyulun 13-ü neft kəmərinin onların ərazisindən keçməsinə icazə ilə bağlı hökumətlərarası sənəd imzalayacaqlar. Neft kəməri alman firması da daxil olmaqla özəl konsorsium tərəfindən tikiləcək.

Gürcüstan prezidenti Mixael Saakaşvili, Avropa Komissiyasının prezidenti Xose Manuel Barosso və Riçard Morningstar, ABŞ-ın Avrasiya enerji məsələləri üzrə vasitəçisi mərasimdə iştirak edəcəklər. Vaşinqton layihəni dəstəkləyir.

«Nabucco» Rusiyanın yan keçməklə Avropaya çıxacaq. Lakin təchizatçılar onu qazla doldurmaq üçün tam öhdəlik götürməyiblər. Digər tərəfdən də Rusiya Azərbaycanla il ərzində 500 milyon kub metr qaz almaqla bağlı sənəd imzalayıb. Bununla da Avropanın Rusiyadan enerji almasını azaltmaq məqsədinə əngəl törətməyə çalışır.

Türkiyənin xarici işlər naziri bildirib ki, iyulun 13-ü keçirilən mərasimdə iştirakçı dövlətlər öhdəlikləri müəyyənləşdirəcək və layihəni təchizatçılar üçün daha cəlbedici edəcək.

Kəmərin 2015-ci ilədək işə düşəcəyi gözlənilir. Avropa Birliyinin məlumatına görə, layihəyə 8 milyard avro sərmayə sərf olunacaq. «Nabucco» kəmərinin uzunluğu 3.300 kilometr olacaq, Xəzər dənizindən başlayaraq Türkiyə, Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avstriyaya ötürüləcək.

Rusiyanın «Qazprom» şirkəti Cənub axını adlanan alternativ kəmər layihəsini dəstəkləyir. İddia edirlər ki, bu kəmər vasitəsilə Avropanı daha çox qazla təmin etmək olardı. Türkiyə rəsmiləri isə bildirirlər ki, «Nabucco» layihəsi Rusiya ilə rəqabət aparmır və hətta Rusiya özü bir gün təchizatçı ola bilər. Mərasimə hətta Moskva da dəvət olunub, lakin ondan hələ cavab alınmayıb.

Türkiyə İranı da gələcək təchizatçılar sırasında görür, lakin nüvə mübahisəsinə görə Tehran tədbirə dəvət edilməyib. ABŞ deyir ki, İranın «Nabucco»da iştirakı yalnız diplomatik əlaqələr normallaşdıqdan sonra mümkündür.

Selcan Hacaoğlu «Los Anceles Times» qəzetində dərc olunmuş «Neft şirkəti rəsmisi «Azərbaycan hər layihəyə ayrıca qaz verə bilər» deyir» sərlövhəli məqaləsində belə yazılır.
XS
SM
MD
LG