Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:42

Andres Herkel «Jurnalistlərin dostu» oldu


Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Jurnalistlərin dostu» elan edilib.

Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzi 2009-cu ildə Azərbaycanda söz və mətbuat azadlığının müdafiəsində xidmətlərinə görə, Andres Herkeli bu mükafata layiq görüb.

Xəbəri «Azadlıq» radiosuna Siyasi və Mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri Pərviz Həşimli verib.

Mərkəz qalibin elan edilməsi üçün sorğunu 12 gündəlik qəzet, 4 televiziya kanalı, 3 informasiya agentliyi, 3 internet qəzetinin ümumilikdə 50 əməkdaşı arasında aparıb.

Ötən il bu mükafata ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Enn Dersi layiq görülmüşdü.

XS
SM
MD
LG