Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:50

Britaniya qorxulu bəlanın ağuşunda


«Donuz qripi» Böyük Britaniyada pandemiyanın ən kəskin həddinə çatıb
«Donuz qripi» Böyük Britaniyada pandemiyanın ən kəskin həddinə çatıb
«Donuz qripi» Böyük Britaniyada pandemiyanın ən kəskin həddinə çatsa, 65 minə qədər adam ölə bilər. Əhalinin 30 faizinin isə bu virusa yoluxacağı gözlənilir. Bunu artıq Birləşmiş Krallıq hökuməti rəsmi səviyyədə elan eləyib.

Bu haqda «Guardian» qəzeti yazır.

Ən yaxşı halda isə «donuz qripi»indən 3100 britaniyalı öləcək. Bu halda isə əhalinin 5 faizin bu virusa yoluxacağı gözlənilir.

İndiyə kimi 29 nəfər britaniyalı bu xəstəlikdən ölüb.

«Donuz qripi»nə - H1 N1 virusuna yoluxanların sayı axır bir həftədə 46 faiz artıb.

Səhiyyə Nazirliyinin rəsmisi professor Lim Donaldson deyib ki, indi onu narahat edən bir məsələ də ölkədə «panika»nın yaranmasıdır. Donalds yada salır ki, indiyə qədər də Böyük Britaniyada belə hal olub. 1999-2000-ci illərdə Krallıqda 21 min adam mövsümi qripdən ölüb, onda da ingilislər çox narahat olublar.

Yerli terapevtlər şikayət edirlər ki, Londonda altı yaşlı məktəbli qız bu xəstəlikdən vəfat edəndən sonra adamlar arasında təşviş getdikcə artıb.

Keçmiş baş nazir Toni Bleyrin arvadı Cherie Bleyr və vəkili də «donuz qripi»nə yoluxublar. Toni Bleyrin özünün və uşaqlarının analizi təmiz çıxıb.

Hökumət vəziyyətdən çıxış yolu axtarır.

Bir yerli terapevt «Guardian»a müsahibəsində deyib ki, indi ehtiyacı olan da, olmayan da virus əleyhinə dərman – «Tamiflu» tələb edir. Bu da onların işini çətinləşdirir, əsl ehtiyacı olanlar kənarda qalır.

Hər həftə Krallıqda Şotlandiya, İrlandiya və Uels də daxil olmaqla səhiyyə nazirlərinin görüşü keçirilir.
XS
SM
MD
LG