Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:29

Apellyasiya Məhkəməsi gənc fəallarla bağlı açıqlama yayıb


Bakı Apellyasiya Məhkəməsi gənc fəallar Adnan Hacızadə və Emin Millinin işi üzrə apellyasiya şikayətinə baxılması ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, bəzi media orqanlarında apellyasiya şikayətinə baxılması haqqında doğru olmayan xəbərlər yer alıb. Açıqlamada deyilir:

«Həbs qismində qətimkan tədbirinin seçilməsi barədə qərarların qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair məhkəmə iclaslarında hər iki təqsirləndirilən şəxsin, onların müdafiəçilərinin, həmçinin prokurorun və müstəntiqin iştirakı ilə apellyasiya şikayətləri araşdırılıb. Təqsirləndirilən şəxslərə qarşı prosessual məcburiyyət tədbirləri qanunların tələbinə uyğun tətbiq edildiyindən birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanıb».

Bakı Apellyasiya Məhkəməsində gənc fəallar - Adnan Hacızadə və Emin Millinin apellyasiya şikayətini iyulun 20-də keçirdiyi iclasında təmin etməyib.

Gənc fəallar Adnan Hacızadə və Emin Milli xuliqanlıqda təqsirləndiriliblər və barələrində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları gənclərin saxlanmasını pisləyib və onlara qarşı irəli sürülən ittihama inanmadıqlarını bəyan ediblər.

Məsələ ilə bağlı fikirlərinizi forumda bildirə bilərsiniz.
XS
SM
MD
LG